MDB
Azərbaycanlı jurnalisti erməni qətlə yetirib - ŞOK FAKTLAR
Ukrayna Təhlükəsizlik Xidməti Mərkəzi Afrika Respublikasında üç Rusiya jurnalistinin qətlində şübhəli bilinən “Vaqner” xüsusi hərbi şirkətin 10 muzdlusunun şəxsiyyətini müəyyənləşdirib.
Publika.az newsru.com saytına istinadən xəbər verir ki, qurumun saytında verilən məlumata görə, “Vaqner” muzdluları bu ilin əvvəlində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsi (keçmiş QRU) tərəfindən Afrika ölkəsinə göndərilib.
Muzdlu döyüşçülər “M-Finans” şirkətinin əməkdaşları kimi təqdim ediliblər. Onları Afrikaya rusiyalı biznesmen Yevgeni Priqojinin şəxsi təyyarəsi ilə çatdırıblar.
Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, “M-Finans” şirkətinin vəzifələrinə Mərkəzi Afrika Respublikasında yerli hərbiləşdirilmiş qruplaşmaların üzvlərinin təlimatçı hazırlığının həyata keçirilməsi də daxildir.
Ümumilikdə, Ukrayna Təhlükəsizlik Xidməti “M-Finans”-ın “təhlükəsizlik xidməti”nin tərkibində Mərkəzi Afrika Respublikasında Rusiyanın hərbi kəşfiyyatının rəhbərliyi ilə xidməti məsələlərin icrasına cəlb edilən 37 Rusiya vətəndaşının şəxsiyyətini müəyyən edib. Onlardan 10-u bilavasitə Rusiya jurnalistlərinin qətli günündə Mərkəzi Afrika Respublikasında olub. Qeyd edilir ki, bu şəxslərdən əksəriyyəti Ukraynanın şərqində və Suriyada terror fəaliyyətində iştirak edirdilər. Onların arasında erməni mənşəli muzdlu da var.
Həmin 10 nəfərin adları aşağıdakılardır:
Zaliçev A.B. - 1984-cü il;
Qruzdenok R.V. - 1976-cı il;
Yudov S.M. - 1968-ci il;
Farafonov A.Y. - 1975-ci il;
Kirakosyan A.A. - 1976-cı il;
Sotov A.A. - 1976-cı il ;
Bubnov A. - 1971-ci il;
Vildyayev V.V. - 1977-ci il;
Minibayev İ.R. - 1988-ci il;
Zavadski S.Y. - 1975-ci il.
Qeyd edək ki, MAR-da sənədli film çəkən rusiyalı jurnalistlər iyulun 31-də naməlum şəxslər tərəfindən qətlə yetiriliblər.
Əslən azərbaycanlı olan Rusiya jurnalisti Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyev Mərkəzi Afrika Respublikasında qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkirmişlər. Məlumatlara əsasən, rusiyalıları blokpostda saxlayıblar və daha sonra onların ölüm xəbəri gəlib.
Ömər Dağlı
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin






















.png)










.jpg)
.jpg)