MDB
Poroşenko bu ölkələrdən birinə qaçacaq – ŞOK İDDİA
Seçkiləri uduzarsa, Ukrayna prezidenti Pyotr Poroşenko İspaniya və ya Moldovaya qaça bilər.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna Ali Radasının deputatı Sergey Leşenko bildirib.
“Poroşenkonun cəzalandırılması üçün böyük sorğu olacaq. Yəni, yalnız yeni prezident Poroşenkonu sevməyəcək, həm də onu cəzalandırmaq üçün cəmiyyətdə böyük sorğu olacaq”, - o deyib.
Parlament üzvü vurğulayıb ki, Poroşenkonu korrupsiyaya görə cəzalandırmaq lazımdır.
Politoloq Andrey Suzdalsev isə qeyd edib ki, Poroşenkonun artıq çamadanları yığışdırdığını və qaçmağa hazır olduğunu demək hələ tezdir.
“Birincisi, o, son dəqiqəyə kimi Vaşinqtona bel bağlayacaq və birbaşa göstəriş almadan heç yerə tərpənməyəcək. İkincisi, Poroşenko, əlbəttə, hakimiyyətdə qalmaq üçün istənilən variantları axtarmalı olacaq”, - o, “Sputnik” radiosunun efirində deyib.
Politoloq hesab edir ki, Poroşenkonun siyasi karyerasının finalı haqqında nəticə çıxartmaq hələ tezdir.
“Qlavred” nəşri üçün məqaləsində Ukraynanın keçmiş iqtisadiyyat naziri Vladimir Lanovoy bildirib ki, Poroşenko ölkədən qaçmağa hazırlaşır. Sabiq məmurun fikrincə, Ukrayna prezidenti seçkiləri uda bilməyəcəyini, orduda dəhşətli vəziyyətə və korrupsiyaya görə cavab verməli olduğunu anlayıb.
Qeyd edək ki, prezident seçkiləri martın 31-də keçiriləcək. Əvvəlcə prezident postuna 44 namizəd iddia edirdi, ancaq sonra beş nəfər seçkiqabağı kampaniyadan imtina edib.
“Sofiya” sosial tədqiqatlar mərkəzi tərəfindən keçirilmiş sorğunun nəticələri göstərir edir ki, ukraynalıların 20,3 faizi şoumen Vladimir Zelenskiyi dəstəkləməyə hazırdır.
İkinci yeri keçmiş baş nazir, “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko tutur. Ölkə sakinlərinin 13,9 faizi səslərini ona verməyə hazırdır. Üçüncü yerdə isə respondentlərin 13,1 faiz səsi ilə Poroşenko gəlir.
Ömər Dağlı
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı



































.jpg)

.jpg)