MDB
KTMT Düşənbədə toplandı: Hansı qərarlar verilib?
Tacikistanın paytaxtı Düşənbə şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.
Publika.az Tacikistan Xarici İşlər Nazirliyi mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda KTMT-nin Baş katibi Stanislav Zas, Tacikistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistanın xarici işlər nazirləri iştirak ediblər.
Şuraya sədrlik edən Tacikistanın xarici işlər naziri Sirociddin Muxriddin KTMT-nin qəbul etdiyi qərarların yerinə yetirilməsi, Tacikistanın təşkilata sədrliyi dövründə əsas istiqamətlər barədə məlumat verib.
Şuranın iclasında KTMT çərçivəsində üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, regional təhlükəsizliyin qorunması, Tacikistan-Əfqanıstan sərhədinin gücləndirilməsi sahəsində KTMT-nin qəbul etdiyi Proqramın yerinə yetirilməsi məsələləri, terrorizm, ekstremizm, mütəşəkkil cinayətkarlıqla mübarizə, narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizənin gücləndirilməsi məsələlərinə baxılıb.
Xatırladaq ki, Tacikistan 2021-2022-ci illərdə KTMT-yə sədrlik edir.
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov

















.jpg)
.jpg)

















