MDB
Rusiya restoranları robotları işə götürəcək
Rusiyanın Moskva, Sankt-Peterburq və Perm şəhərlərindəki restoranlar koronavirusa qarşı peyvənd olunmuş və ya yoluxub sağalmış insanların QR kodunu yoxlamaq üçün robotları işə götürəcək.
Publika.az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
Xidmət robotları istehsal edən Rusiyanın "Promobot" şirkətindən bildirilib ki, artıq bu məqsədlə ilk robotlar təqdim olunub.
"Həmin robotları restoranlar giriş hissəsində dayanıb ora gələnlərlə ünsiyyət yarada bilərlər", - deyə məlumatda bildirilir.
Əsas avadanlıq dəstinə əlavə olaraq, robotlar QR kodlarını oxumaq üçün skaner və pasport skaneri ilə təchiz olunub. Bundan başqa, robotlar Rusiyanın dövlət xidmətlərini birləşdirən "Qosusluq" servisinə də inteqrasiya ediliblər. Bunun sayəsində həm QR kodun, həm də pasport və ya digər sənədin həqiqiliyini yoxlamaq mümkün olacaq.
Şirkətdən bildirilib ki, bu tip robotlardan restoranlarla yanaşı, aeroportlarda və təhsil müəssisələrində də istifadə olunacaq.
Qeyd edək ki, Rusiyada son günlər COVID-19-a yoluxma və ölüm hallarının sayı yenidən artıb. Bu isə bir sıra müəssisələrdə məhdudiyyətlərin tətbiqini zəruri hala gətirib. Belə məhdudiyyətlərdən biri də kafe, restoran və digər qapalı yerlərə yalnız peyvənd olunmuş və ya xəstəliyə yoluxub sağalmış şəxslərin buraxılmasından ibarətdir ki, bu da QR kod vasitəsilə həyata keçirilir.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


