MDB
Rusiya son bir əsrdə ilk dəfə defolt etdi - "Bloomberg"
Rusiya ilk dəfə xarici valyutada suveren borcunu borcunu ödəməkdən imtina etdi və xarici kreditorlara ödənişlərin yolunu bağlayan sərt Qərb sanksiyaları ilə nəticələndi.
Bu barədə Publika.az "Bloomberg"ə istinadla məlumat yayıb.
Bildirilib ki, iyunun 27-nə keçən gecə dövlət istiqrazları üzrə vaxtı keçmiş 100 milyon ABŞ dollarına yaxın ödənişin ödənilməsi üçün güzəşt müddəti başa çatıb. Bu, defolt hadisəsi hesab olunur .
Xəbər agentliyi bildirir ki, bu, ölkənin sürətlə iqtisadi, maliyyə və siyasi təcrid olunmuş ölkəyə çevrilməsinin qaranlıq əlamətidir. Martın əvvəlindən ölkənin avrobondları aşağı səviyyədə ticarət edilir, mərkəzi bankın qızıl-valyuta ehtiyatları dondurulmuş vəziyyətdə qalır, ən iri banklar isə qlobal maliyyə sistemindən kəsilib.
Rusiya defolta etiraz edir, iddia edir ki, onun bütün hesablarında ödəmək üçün vəsaiti var. Enerji ixracından dövlət xəzinəsinə həftədə milyardlarla dollar daxil olmaqda davam edir.
Rəsmi defolt bəyanatı adətən reytinq firmalarından gəlir, lakin Avropa sanksiyalarına görə onlar Rusiya təşkilatlarının reytinqləri ilə məşğul olmurlar. İstiqrazlar üzrə sənədlərə əsasən, sahiblərin 25%-i razılaşarsa, onların sahibləri özləri defolt elan edə bilərlər.
Aprelin əvvəlinə olan məlumata görə, əcnəbilər təxminən 20 milyard dollar ekvivalentində Rusiya avrobondlarına sahib olublar.
Nəşr vurğulayır ki, bu, 1918-ci ildə hakimiyyətə gələn bolşeviklərin Rusiya imperiyasının borclarını ödəməkdən imtina etməsindən sonra ölkənin xarici borcuna görə ilk defoltudur.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


