MDB
Rusiyada üç general həbs edildi - Biri nazirin köməkçisidir
Rusiya daxili işlər nazirinin köməkçisi, general-leytenant Sergey Umnov vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə saxlanılıb.
Publika.az xəbər verir ki, istintaq onun iki ay müddətinə həbs olunması üçün vəsatət qaldıracaq.
Onunla birlikdə təqsirləndirilən şəxslər Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin rəisi Aleksey Semyenov və vilayət Daxili İşlər Nazirliyinin keçmiş rəis müavini İvan Abakumovdur. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onlar da saxlanılıb.
İstintaq iddia edir ki, 2016-cı ildən 2020-ci ilə qədər Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin rəhbər heyətinin bir neçə məmuru dövlət fondunun vəsaitləri hesabına şəxsi istifadə üçün əmlaklar əldə ediblər.
“Kommersant” yazır ki, generalların tələbi ilə fonddan pullar onlar üçün daşınmaz əmlak və avtomobillərin alınmasına, həmçinin ştatdankənar köməkçilərin saxlanmasına sərf edilib.
Bu gün, iyulun 6-da istintaq Sergey Umnova qarşı ittiham irəli sürməyi və onun iki aylıq həbsi üçün Basmannı rayon məhkəməsinə müraciət etməyi planlaşdırır. İstintaqa yaxın mənbə “Kommersant”a bildirib.
Moskva İctimai Nəzarət Komissiyasının əməkdaşları Petrovka 38 saylı təcridxanasında S.Umnova baş çəkiblər: “Umnov saxlanılaraq Moskvaya aparılıb. O, özünü təqsirli bilmir”, - komissiyadan TASS-a bildiriblər.
Dünən, iyulun 5-də şübhəlilərin evlərində və iş yerlərində axtarış aparılıb. Ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət işi (Rusiya Cinayət Məcəlləsinin 285-ci maddəsinin 3-cü hissəsi) iki il əvvəl, 2020-ci ilin iyulunda açılıb.
Səxavət
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





















.webp)













.jpg)


