MDB
On minlərlə işçi tətil anonsu verdi: əgər bunu etməsələr...
Qonşu Gürcüstanda fəaliyyət göstərən 100 klinikanın 23 mindən çox əməkdaşı tətil elan ediləcəyini bildirib.
Publika.az xəbər verir ki, onlar Gürcüstanın Səhiyyə Nazirliyi üçün son tarixin 20 iyul olduğunu vurğulayıblar.
Tibb işçiləri bildiriblər ki, hər şey bahalaşıb və indiki tariflərlə işləməyə davam edə bilməyəcəklər.
Onlar tariflərə yenidən baxılmasını və indeksləşdirilməsini tələb edirlər, əks halda Tbilisidə və regionlarda yüzlərlə klinika iflasla üzləşəcək.
"Bəzi klinikalar universal səhiyyə proqramı çərçivəsində fəaliyyətini davam etdirə bilməyəcək. Düşünürəm ki, nəticə əldə edəcəyik, tariflərə yenidən baxılacaq. Klinikaların fəaliyyətini dayandırması təhlükəsindən qaçacağıq. Tarifləri artırmaq lazımdır ki, klinikalar keyfiyyətli xidmət göstərə bilsinlər", deyə Saçxeri klinikasının rəhbəri Mişa Kamuşadze qeyd edib.
Məlumat üçün bildirək ki, bu gün bütün klinikalar 2013-cü ilin tarifləri ilə fəaliyyət göstərir ki, bu da tibb işçilərinin fikrincə, ölkədə mövcud inflyasiya nəzərə alınmaqla xəstəxanaları iflas riski ilə üz-üzə qoyur.
Tural Turan
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)