MDB
"Fitch" Belarusun reytinqini "məhdud defolta" saldı
Nüfuzlu “Fitch” reytinq agentliyi Belarusdakı xarici valyuta emitentin uzunmüddətli defolt reytinqini C-dən RD (“məhdud defolt”) səviyyəsinə endirib.
Publika.az xəbər verir ki, bu barədə agentliyin saytında bildirilir.
2027-ci il avrobond kuponunun ödənilməsi üçün 13 iyul 2022-ci il tarixində 14 günlük güzəşt dövrünün başa çatmasından sonra Belarusun reytinqi “məhdud defolta” düşüb.
İyunun 29-da Maliyyə Nazirliyi, Nazirlər Şurası və Belarus Milli Bankı birgə elan ediblər ki, avrobondlar üzrə ABŞ dolları ilə ödənişlər əvəzində ASB Belarusbank-dakı hesaba Belarus rublu ilə köçürüləcək və ödəniş agenti bu hesaba daxil ola bilər. Bununla belə, milli valyuta ilə ödəniş istiqraz sənədlərinə ziddir və bu, alternativ valyutalarda hesablaşmaya imkan vermir. Ona görə də ödəniş ilkin şərtlərə uyğun aparılmayıb və güzəşt müddəti bitənə qədər ödənilməyib.
Agentliyin qeyd edib ki, reytinqin aşağı salınması yalnız uzunmüddətli xarici borc öhdəliklərinə şamil edilir. Belarusun yerli valyutada uzunmüddətli reytinqi CCC səviyyəsində qalır, çünki hökumət öz yerli valyuta borcuna xidmət etməyə davam edir. Bundan əlavə, "Fitch" analitikləri bu borc üzrə defolt riskinin 7 iyul 2022-ci il tarixli baxışdan sonra əhəmiyyətli dərəcədə dəyişdiyinə inanmırlar.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)