MDB
Rusiyada snayperli döyüş robotu yaradıldı
Yüksək dəqiqlikli snayper tüfəngləri istehsal edən Rusiyanın “Lobaev Arms” şirkəti snayperi əvəz edə biləcək “Minirex” mobil hərbi robotu üzərində işi bərpa etməyi planlaşdırır.
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə şirkətin təsisçisi Vladislav Lobayev “Army-2022” forumu çərçivəsində danışıb .
Agentliyin məlumatına görə, robot ilk dəfə “Interpolitech-2016” sərgisində nümayiş etdirilib, lakin şirkət stasionar snayper sistemlərinə diqqət yetirdiyi üçün layihə tamamlanmayıb.
"Biz "Minirex" layihəsinin bərpasına qayıtmağı planlaşdırırıq, indi dəqiq tarix deyə bilmərəm, amma belə planlar var", - TASS Lobayevin sözlərindən sitat gətirib.
"Minire"x relslərdə hərəkət edir, pilləkənləri qalxa və dağıntıların öhdəsindən gələ bilur. Robot düşmən snayperlərini hesablamağa imkan verən yüksək ayırdetmə qabiliyyətinə malik kameralar və termal kameralarla təchiz edilib. O, 7,62 x 39, 9 x 39 mm çaplı döyüş modulları və snayper 338LW və 40LW ilə təchiz oluna bilər.
Eyni zamanda, yığılmış vəziyyətdə, kürək çantasında daşına bilər.
Hüseyn İbadlı
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)