MDB
Krım körpüsünün partladılmasını kim sifariş edib? - Putin AÇIQLADI / VİDEO
Rusiya prezidenti Vladimir Putin Krım körpüsündə baş verən fövqəladə vəziyyəti müzakirə etmək üçün İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə görüş keçirib.
Publika.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Dövlət başçısı bu obyektdəki partlayışın arxasında Ukrayna xüsusi xidmət orqanlarının olduğunu bildirib.
"Burada heç bir şübhə yoxdur, bu, Rusiya Federasiyasının kritik infrastrukturunu məhv etməyə yönəlmiş terror hücumudur. Müəlliflər, icraçılar, sifarişçilər isə Ukraynanın xüsusi xidmət orqanlarıdır", - Putin bildirib.
Bastrıkin hücumun iştirakçılarının müəyyən edildiyini bildirib:
"Bunlar Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları, Ukrayna və xarici dövlətlərin vətəndaşlarıdır. Hücumun hazırlanmasında onlara köməklik göstəriblər".
İstintaq Komitəsinin rəhbəri bildirib ki, fövqəladə vəziyyət faktı ilə bağlı “Terrorçuluq” maddəsi ilə cinayət işi başlanıb.
Hüseyn İbadlı
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır





































