MDB
Ermənistanda general həbs olundu
Ermənistanın Apellyasiya Məhkəməsi 3-cü ordu korpusunun keçmiş komandiri Qriqori Xaçaturovun həbsi barədə qərar qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə ölkə mediası Baş Prokurorluğun mətbuat katibi Lusine Martirosyana istinadən məlumat yayıb.
“Apellyasiya Məhkəməsi prokurorun vəsatətini təmin edib və Qriqori Xaçaturovu iki ay müddətinə həbs edib”, - deyə o, bildirib.
Xatırladaq ki, bundan əvvəl İrəvanda Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi üçüncü ordu korpusunun keçmiş komandiri general Xaçaturovun həbsindən imtina edib. Daha sonra Baş Prokurorluq Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qərarından Cinayət İşləri üzrə Apellyasiya Məhkəməsinə şikayət təqdim edib.
Qeyd edək ki, Qriqori Xaçaturov xidməti vəzifəsindən istifadə edərək cinayət yolu ilə alınmış xüsusilə külli miqdarda daşınmaz əmlakı leqallaşdırmaqda ittiham olunur. O, 2021-ci ilin iyulunda vəzifəsindən azad edilib.
Xaçaturov həmin ilin fevralında müvafiq sənədi imzalayaraq Baş Qərargahın hökumətin istefası tələbini dəstəkləyib. Generalın atası, Baş Qərargahın keçmiş rəisi Yuri Xaçaturov vaxtilə eks-prezident Robert Köçəryanla birlikdə konstitusiya quruluşunu devirməkdə ittiham olunub. (oxu.az)
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi


































.jpg)

.jpg)