MDB
Deputatdan qalmaqallı təklif: Gecə klubuna gələnlər müharibəyə aparılsın
Tatarıstan Respublikası Dövlət Şurasının deputatı Eduard Şərafiyev gecə klubuna gedənləri Ukrayna müharibəsinə göndərməyi təklif edib.
Publika.az xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında bildirib.
“Bütün ölkə üzrə cümə günü bütün gecə klublarında səfərbərlik keçirilməlidir. Beləliklə, gecə klubunda olan hər kəs müharibəyə göndərilməlidir. Üstəlik, bütün istisnalar, məsələn, sağlamlıq səbəbi ilə verilən icazələr də ləğv edilməlidir. Çünki onların sağlamlıq vəziyyəti gecə klubuna gəlməyə imkan verir”, - deputat deyib.
Onun sözlərinə görə, bu yolla iqtisadiyyatın müxtəlif sahələrində işçi qüvvəsi çatışmazlığı problemini həll etmək mümkün olacaq, çünki bu halda nə bir fabrik işçisi, nə də kənd sənayesi işçisi səfərbər olmayacaq.
Deputat eyni zamanda etiraf edib ki, reallıqda belə səfərbərliyi heç kim həyata keçirməyəcək.
Bundan əvvəl Dövlət Dumasının deputatı general-leytenant Viktor Sobolev bildirmişdi ki, Rusiyada yeni səfərbərlik keçirmək planları yoxdur. Parlamentin aşağı palatasının müdafiə komitəsinin üzvü qeyd edib ki, hazırda Rusiya Silahlı Qüvvələri könüllülük əsasında, müqaviləli hərbi qulluqçularla doldurulur.
Tural
-
Magazin110 Dekabr 23:55Pərvindən şəxsi həyatı ilə bağlı ETİRAF - Hamısı ilə nişanlı olmuşam
-
İdman10 Dekabr 23:39"Qarabağ" "Ayaks"a məğlub oldu - VİDEO/YENİL ƏNDİ
-
Art10 Dekabr 22:36Daha bir ölkə İsrailə görə “Eurovision 2026”dan imtina etdi
-
MDB10 Dekabr 21:57Rusiyada bazarda güclü YANĞIN: partlayış səsləri eşidildi - Xəsarət alanlar var
-
Elm və təhsil10 Dekabr 20:10Nazir rəydə ona təşəkkür etmişdi: Gündəm olan müəllim DANIŞDI - VİDEO
-
Sosial10 Dekabr 20:00Bakıda daha bir məşhur bazar SÖKÜLÜR
-
İdman10 Dekabr 19:50“Qarabağ” – “Ayaks” oyunu təxirə salınır? - Klub açıqladı
-
Elm və təhsil10 Dekabr 18:50Yeni təyin olunan rektor kimdir? - DOSYE


























.jpg)








