MDB
Rusiya qərar verdi - İnterpol işə qarışdı - VİDEO
Rusiya Federasiyasının Baş Prokurorluğu Ukrayna əsilli keçmiş nasist əsgəri Yaroslav Hunkanın Beynəlxalq Cinayət Polisi Təşkilatının (İnterpol) axtarışda olanlar siyahısına əlavə edildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən verilən açıqlamada ötən ilin dekabrında Kanada administrasiyasına keçmiş nasist əsgəri Hunkanın ekstradisiyası üçün sorğu göndərildiyi qeyd olunub.
Bəyanatda bildirilir ki, Kanada hakimiyyəti “cəzanın qaçılmazlığı” prinsipini pozaraq Hunkanı ekstradisiya etməkdən imtina edib və əlavə edib:
“Bəzi ölkələrin nasizmə qarşı mübarizə aparmaq istəməməsinə baxmayaraq, baş prokurorluq bu barədə müsbət qərar ala bilib. Hunkanın hər hansı dövlətin ərazisində olduğu müəyyən olunarsa, Rusiya orqanları ekstradisiya sorğusu göndərəcək”.
Qeyd edək ki, keçən il sentyabrın 22-də Ukrayna prezidenti Vladimir Zelenskinin Kanada İcmalar Palatasındakı çıxışından sonra İcmalar Palatasının sədri Entoni Rota zalda olan 99 yaşlı ukraynalı Yaroslav Hunkanı “müharibə qəhrəmanı” kimi təqdim edib və ona təşəkkür edib.
Aysel Şahmar
-
Dünya13:17İtaliya Makronun təşəbbüsünə "yox" dedi - Roma hərbçi göndərməyəcək
-
Cənubi Qafqaz12:42Köçəryan və oğlunun saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Dünya09:28Rusiya sərhədi vurdu: Keçid məntəqəsində yanğın başladı
-
Sosial08:37Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər
-
Pul07:55Azərbaycanda çoxunun evində var: Atmayın, 250 manata alırlar - FOTO
-
İdman07:15İldə 30 milyon qazanır, amma xoşbəxt deyil: Səbəbini açıqladı
-
Dünya06:16İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq




















.jpg)











.jpg)


.jpg)