MDB
ABŞ-a məxsus PUA Rusiya sərhədində - Onlar üçün məlumat toplayır
ABŞ istehsalı olan “Global Hawk” kəşfiyyat pilotsuz uçuş aparatı Leninqrad və Pskov vilayətləri yaxınlığında görüntülənib.
Publika.az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.
Portalın məlumatına görə, FORTE12 kimi tanınan Amerika PUA-sı Estoniya ərazisi üzərində Kanepi kəndindən (Pskov vilayətinə 50 km) Kiviõli şəhərinə (Leninqrad vilayətinə 54 km) qədər dövrə vurub. Onun marşrutu Rusiya sərhədi boyunca 151 km uzanıb.
Ehtimal olunur ki, PUA Ukrayna Silahlı Qüvvələri üçün məlumat toplayır. Məlumdur ki, “Hawk” iki gün əvvəl NATO-nun İtaliyanın Siciliyasındakı Sigonella Hərbi Hava Stansiyasından havaya qalxıb, sonra Yunanıstan, Bolqarıstan, Macarıstan, Rumıniya, Slovakiya, Polşa, Litva, Latviya üzərindən keçib və Estoniyada qalıb.
"RQ-4 Global Hawk" ABŞ-ın strateji kəşfiyyat pilotsuz təyyarəsidir. O, 18 min metrə qədər yüksəklikdə uça bilir və 12.300 dəniz milindən (təxminən 23 min km) çox uçuş məsafəsinə malikdir. Havada qalmanın maksimum müddəti 36 saatdır.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü



















.jpg)















