MDB
Putinin bu naziri niyə qovduğu bəlli oldu: Sistem çöküb
Rusiya prezidenti Vladimir Putinin nəqliyyat naziri Roman Starovoytı istefaya göndərdiyi haqda məlumat vermişdik.
Publika.az xəbər verir ki, Kursk vilayətinin keçmiş qubernatorunun qovulmasının detalları bəlli olub.
Bildirilir ki, o, Rusiya hava limanlarının fəaliyyətinin kütləvi çökməsi fonunda qovulub. Novqorod vilayətinin keçmiş rəhbəri Andrey Nikitin nəqliyyat nazirinin səlahiyyətlərini icra edən şəxs təyin edilib. Putin onunla Starovotın işdən çıxarılması haqqında fərman dərc olunandan az sonra Kremldə görüşüb.
“Vedomosti” mənbələri bildiriblər ki, kadr dəyişiklikləri hələ iyun ayında keçirilən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) ərəfəsində baş verməli idi. İddialara görə, Nikitin bu səbəbdən 2025-ci ilin fevralında qubernator postunu tərk edib. Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.
İyulun 5-i və 6-da Rusiya hava limanlarında pilotsuz uçuş aparatlarının (PUA) təhlükəsi elan edilməsinə görə kütləvi çökmə baş verib. Şeremetyevoda 241 reys təxirə salınıb, Pulkovoda 36 reys gecikib, 87-si ləğv edilib. Nijni Novqorodda 12 reys təxirə salınıb.
Sankt-Peterburqda yeddi mindən çox sərnişin hələ də öz reyslərini gözləyir. İnsanlar yerdə yatırlar və hava limanı sistemlərində çox yük olduğundan baqajlarını ala bilmirlər.
Bundan əlavə, Kazan, Soçi, Nijni Novqorod, Yekaterinburq, Tomsk, Qorno-Altaysk, Kemerovo, Krasnoyarsk, Norilsk, Omsk, Novosibirsk, Novokuznetsk, Mineralnıye Vodı, Maxaçkala hava limanlarında onlarla reys təxirə salınıb.
Tural
-
Magazin206:16"Sahtekarlar"da yeni sima - FOTO
-
Magazin102:42"Ən yaxşı cütlüy"ün NADİR FOTOLARI
-
Sosial02:12Ürəyi 45 dəqiqə dayanan qadın danışdı: "Həkimlər deyirlər ki, iki dəfə olub" - VİDEO
-
Səhiyyə00:306 aylıq körpəni saatlarla gözlətdilər - “Leyla Medical”a ağır ittiham
-
Magazin100:15Həmidə Ömərova ilk dəfə nəvəsinin FOTOSUNU PAYLAŞDI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni planlar sizi həyəcanlandıra bilər
-
Magazin213 Dekabr 22:40Azərbaycan Ermənistana 3 xal verdi, onlar isə...
-
MDB13 Dekabr 22:12Rusiyada azərbaycanlılara qarşı ƏMƏLİYYAT - Sabirabadlı avtoritet saxlanıldı



































