MDB
Putindən etiraf: Kiyevlə əsas məsələlərdə razılığa gəlmək mümkün olmayacaq
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna tərəfi ilə əsas məsələlərdə razılıq əldə etmək son dərəcə çətin olacaq.
Publika.az xəbər verir ki, Putin bu barədə Şərq İqtisadi Forumunun plenar iclasında deyib.
“Siyasi iradə olsa belə, əsas məsələlərdə Ukrayna tərəfi ilə razılığa gəlmək praktiki olaraq mümkün olmayacaq”, - dövlət başçısı qeyd edib.
Eyni zamanda, onun sözlərinə görə, Rusiya birbaşa təmaslarla bağlı Kiyevin mövqeyində dəyişiklik hiss edir.
"Bu yaxınlarda Kiyev rəhbərliyi, yumşaq desək, bizim haqqımızda xoşagəlməz danışdı və hər hansı bir birbaşa təmas imkanını istisna etdi. İndi biz görürük ki, onlar bu təmasları istəyirlər və ya heç olmasa, təklif edirlər", - Putin bildirib.
Prezident Ukraynada mövcud olan hüquqi məhdudiyyətlərə də diqqət çəkib. O vurğulayıb ki, ərazi məsələlərinə dair istənilən razılaşma ölkə konstitusiyasına uyğun olaraq referendumda təsdiqlənməlidir. Ancaq bunun keçirilməsi üçün hərbi vəziyyət ləğv edilməlidir, bu, hazırda mümkün deyil.
Xarici hərbi kontingentin Ukrayna ərazisində mümkün mövcudluğu məsələsinə toxunan Putin bəyan edib ki, uzunmüddətli sülhlə bağlı razılaşmalar əldə olunarsa, buna ehtiyac qalmayacaq.
“Əgər sülhə, uzunmüddətli sülhə gətirib çıxaracaq qərarlar qəbul edilərsə, o zaman mən onların Ukrayna ərazisində mövcudluğunun mənasını sadəcə olaraq görmürəm. Heç kim şübhə etmir ki, Rusiya bu cür razılaşmaları tam yerinə yetirəcək”, - prezident vurğulayıb.
Sentyabrın 3-6-da Vladivostokda Uzaq Şərq Federal Universitetinin kampusunda 10-cu Şərq İqtisadi Forumu keçirilir.
Tural
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər
-
İdman12:58Rəşad Məcidlə Balakişi Qasımov "atışdı": "Qarabağ"a görə - FOTOFAKT
-
Magazin112:53Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi
-
Sosial12:43TƏBİB-dən yeni təyinatlarla bağlı rəsmi açıqlama
-
Nida Təhlil 12:12Bəşəri cinayət: İşğal dövründə mədəni irsimiz məqsədli şəkildə məhv edilib
-
İdman11:48Tanınmış futbolçunun ilham pərisi: Onlar 2026-cı ili unutmayacaqlar - FOTOLAR
-
Nida Təhlil 10:48Abramyanın yeri uğrunda mübarizə - Kreml kimə “yaşıl işıq” yandıracaq?



















.jpg)

.jpg)

















