MDB
Putinin Rusiyanı ayıya bənzətməsinin şifrələri açıqlandı
Ayı dostlar üçün mehriban, rəqiblər üçün isə maraqlarını və ərazisini müdafiə etməyə hazır olan qəzəbli heyvandır. Ola bilsin ki, Vladimir Putin Rusiyanı ayı ilə müqayisə edərkən bunu nəzərdə tutub.
Publika.az xəbər verir ki, bunu politoloq Aleksey Makarkin deyib.
Qeyd edək ki, "Rusiyanın Hindistan və Çinlə ittifaqdakı yeri" ilə bağlı suala cavabında Putin “Ayı elə ayıdır” cavabını verib.
Aleksey Makarkin xatırladıb ki, ayının rus mədəniyyətində xüsusi yeri var. "Ayı Rusiya üçün arxetipik simvoldur. Özü də ikili heyvandır. Onun tərkib hissələrindən biri xeyirxahlıq, dostluqdur. Olimpiya ayısı haqqında mahnıda oxuduqları kimi - "mehriban Mişa" ifadəsi işlədilir. Təbiətdə ayı güclü, nəhəng heyvandır, meşənin və onun ərazisinin sahibidir. Əgər incisə, öz ərazisini müdafiə edəcək. Rusiya da BRİKS və ŞƏT çərçivəsində dost ayıdır", - politoloq Vladimir Putinin Dünya İqtisadi Forumunun plenar iclasında dediklərini belə şərh edib.
Politoloq bildirib ki, Çin və Hindistan müəyyən mənada yaxın, digər tərəfdən isə fərqli ölkələrdir: "İndi daha da yaxınlaşıblar, onları Hindistana çox sərt təzyiqlər etməyə başlayan ABŞ və Tramp müəyyən dərəcədə yaxınlaşdırıb".
Adəm
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər
-
İdman12:58Rəşad Məcidlə Balakişi Qasımov "atışdı": "Qarabağ"a görə - FOTOFAKT
-
Magazin112:53Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi
-
Sosial12:43TƏBİB-dən yeni təyinatlarla bağlı rəsmi açıqlama
-
Nida Təhlil 12:12Bəşəri cinayət: İşğal dövründə mədəni irsimiz məqsədli şəkildə məhv edilib
-
İdman11:48Tanınmış futbolçunun ilham pərisi: Onlar 2026-cı ili unutmayacaqlar - FOTOLAR
-
Nida Təhlil 10:48Abramyanın yeri uğrunda mübarizə - Kreml kimə “yaşıl işıq” yandıracaq?



















.jpg)

.jpg)

















