MDB
Quraqlıq tarixi sirləri üzə çıxardı - FOTO
Quraqlıq səbəbindən Qazaxıstanın Türküstan vilayətində yerləşən Boqen su anbarında suyun səviyyəsi kəskin aşağı düşüb və bu, arxeoloqlara əvvəllər suyun altında qalmış sahələrdə tədqiqat aparmaq imkanı yaradıb.
Publika.az Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, qazıntılar zamanı son paleolit və mezolit dövrlərinə aid daş alətlər – təxminən on xalsedon daş nümunəsi, nukleuslar, eləcə də kəsim və işləmə üçün lövhələr aşkarlanıb.
Həmçinin arxeoloqlar tunc dövrünə aid dəfn yerlərini üzə çıxarıblar. İnsanların qalıqları yaxşı vəziyyətdə qalmasa da, üzərində naxış olan keramik qablar, sırğalar, üzük, bilərziklər və muncuqlar tapılıb.
Bundan əlavə, eramızdan əvvəl və eramızın I əsrlərinə aid kanqlı-sarmat dövrünə məxsus dəfn yeri aşkar edilib. Burada döyüşçülərə məxsus ox ucluqları, bıçaq, kəmər toqqası və küp tapılıb. Bu da həmin ərazilərdə insanların qədimdən yaşadığını təsdiqləyir.
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər
-
İdman12:58Rəşad Məcidlə Balakişi Qasımov "atışdı": "Qarabağ"a görə - FOTOFAKT
-
Magazin112:53Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi
-
Sosial12:43TƏBİB-dən yeni təyinatlarla bağlı rəsmi açıqlama
-
Nida Təhlil 12:12Bəşəri cinayət: İşğal dövründə mədəni irsimiz məqsədli şəkildə məhv edilib
-
İdman11:48Tanınmış futbolçunun ilham pərisi: Onlar 2026-cı ili unutmayacaqlar - FOTOLAR
-
Nida Təhlil 10:48Abramyanın yeri uğrunda mübarizə - Kreml kimə “yaşıl işıq” yandıracaq?
-
Avropa10:36Ərdoğan Almaniyanı xəbərdar etdi: Avropa dağılacaq

















.jpg)



.jpg)
















