Yaxın Şərq
Ordu böyük hücuma hazırlaşır: 3 ildir gizli saxlanılan PLAN İŞƏ DÜŞDÜ
Türkiyə ordusu Suriyada Fərat çayının şərqində yerləşən
Zor Mağar bölgəsində PKK/PYD terrorçularının mövqelərini
bombalayıb. Dünən həyata keçirilən hücum prezident Rəcəb Tayyip
Ərdoğanın mesajını verdiyi “Fəratın şərqində əməliyyat başlayır”
məsələsini gündəmə gətirib.
Publika.az xəbər verir ki, türkiyəli yazar Mehmet Acet
Fəratın şərqinə hücumun edilməsinin Türkiyə, Fransa, Almaniya və
Rusiya liderlərinin İstanbulda Suriya zirvəsini keçirməsinin
ardınca həyata keçirilməsinin diqqət çəkdiyini yazıb: “Ən diqqət
çəkən məqamlardan biri isə Ərdoğanın son günlər tez-tez danışdığı
və İstanbul zirvəsində də təkrar etdiyi “Fəratın şərqinə əməliyyat”
açıqlamasının ardınca bu hücumun edilməsidir. Bu mesajların
mahiyyəti hücumun dünən edildiyi top atışları ilə yekunlaşmayacağı
ehtimalını gücləndirir. Ankara kulislərində bəhs edilir ki, Ərdoğan
Trampla telefon danışığında, həmçinin, ABŞ dövlət katibi Mayk
Pompeo ilə görüşdə “Siz bir şey etməyəcəksinizsə, imkan verin, biz
lazım olanı edək” deyib. Türkiyənin Fəratın şərqini PKK/PYD/YPG
terrorçularını qısa müddətdə təmizləmək potensialının olduğunu hər
kəs bilir. Lakin problem belə bir əməliyyata ABŞ-ın mane olmasıdır.
ABŞ bu terrorçuları müdafiə etdiyi müddətdə Vaşinqtonun Türkiyənin
əməliyyata başlaması ilə razılaşmayacağı məlumdur”.
Lakin M. Acet xatırladır ki, Türkiyə daha əvvəl ABŞ-ın etirazlarına
rəğmən, Fəratın şərqində əməliyyat həyata keçirmişdi.
“2017-ci ilin 23 aprelində gecə saatlarında 40-dan çox F-16
təyyarəsinin qatıldığı Karakoç əməliyyatı buna nümunədir. Həmin
vaxt Suriyanın şimal-şərqindəki ən ucqar bölgə olan və PKK-nın
İraqdan Suriyaya əsas keçid nöqtəsini təşkil edən Karakoç türk
təyyarələri tərəfindən bombalandı və terrorçular böyük itki verdi.
Bu baxımdan, Türkiyənin ABŞ-ın etirazına baxmayaraq, Fəratın
şərqində əməliyyat keçirə biləcəyi gözləniləndir və ilk vurulacaq
yer Tel Abyad bölgəsi ola bilər. Bu bölgənin əhalisi 2015-ci ilə
qədər əsasən ərəblərdən ibarət idi. Türkiyədə 2015-ci ilin 7 iyun
seçkilərindən dərhal sonra PKK Tel Abyadı ələ keçirdi və bölgənin
əhalisi xilas olmaq üçün Türkiyəyə qaçdı. Məlumatlara görə, son 3
ildə Ankarada Tel Abyada hücum fikirləri gündəmə gəlir, lakin
ABŞ-ın təzyiqlərinə görə məsələ təxirə salınır. Lakin bu planın
daim gündəmdə saxlanıldığı da məlumdur. Tel Abyadın strateji
əhəmiyyəti də diqqət çəkir. 2015-ci ildə PKK/PYD\YPG buranı ələ
keçirməklə Şimali Suriyadakı kontonlarını da birləşdirmişdi. Bu
baxımdan, Tel Abyada hücumun edilməsi PKK-nın kanton planlarının
tam ürəyinə endirilmiş xəncər olacaq”, - deyə türkiyəli yazar
vurğulayıb.
Asif
-
Dünya20:00
Usta parketin altından 80000 dollar tapdı, görün nə etdi - FOTO
-
Sosial19:36
Hacıqabulda yüzlərlə həyətyanı sahə su altında qaldı - FOTO
-
Avto19:24
“KQB” agentlərinin unikal "Volqa"sı SATIŞA ÇIXARILDI - FOTO
-
Magazin118:48
“Nıgar Wabanova” yazısı tənqid olundu - VİDEO
-
Magazin218:12
İstanbulda "Azərbaycan Rüzgarı" "əsəcək" - FOTO
-
Sosial16:40
Müharibə ərəfəsində lentə alınan maraqlı görüntü: Döyüşdən çıxdı, toyuna yola salındı - VİDEO
-
Nida Xəbər 15:40
Sabahdan etibarən 4 gün... - Müdafiə Nazirliyindən xəbərdarlıq
-
Magazin215:00
Alla Puqaçova ilə bağlı şok iddia - 20 milyon dollarlıq əntiq əşyaları...