Yaxın Şərq
İsrailin “S-300” QORXUSU: sentyabrın 17-dən...
İsrail sentyabrın 17-dən – Suriyanın hava hücumundan müdafiə sisteminin səhvən Rusiyanın “İl-20” hərbi təyyarəsini vurmasından sonra Suriya ərazisində heç bir sərbəst hərbi əməliyyat keçirməyib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Contra Magazine” nəşri yazıb.
Nəşr qeyd edir ki, İsrail “S-300” zenit-raket komplekslərinin Suriyaya çatdırılmasına baxmayaraq, bu ölkənin bombardmanını dayandırmayacağını bir neçə dəfə açıqlayıb. Lakin “İl-20”-nin vurulması anından İsrail KİV-ində belə əməliyyatlar haqqında heç bir informasiya getməyib.
“Contra Magazine” qeyd edir ki, hücumların davam etdiyi, amma onlara bu haqqda informasiyaların verilməsinin dayandırılması barədə versiya praktik olaraq istisna olunmur.
Xatırladaq ki, Rusiya “S-300” zenit-raket sisteminin çatdırılması çərçivəsində Suriyaya texnikanın 49 vahidini oktyabrın əvvəlində çatdırıb. Bu haqda ötən gün Rusiya prezidenti Vladimir Putinin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə müdafiə naziri Sergey Şoyqu bildirib. Müdafiə Nazirliyinin başçısı bildirib ki, Suriya mütəxəssislərinin hazırlanması üçün üç ay tələb ediləcək.
Qeyd edək ki, “S-300” zenit-raket sisteminin Suriyaya çatdırılması haqqında qərar Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsinin vurulmasından sonra verilib.
Ömər
-
Magazin219:40Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
Səhiyyə19:30İlkin İsmayılov vəzifəsindən azad edildi
-
Rəsmi xronika17:48İlham Əliyev Məhəmməd Baqir Qalibafı qəbul etdi
-
Rəsmi xronika14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial13:20Sabah yağış yağacaq
-
Sosial12:58Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region12:44Avropa İttifaqı Ermənistana yardım edəcək – Türkiyəyə gedən yolları çəkmək üçün
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama




































