Yaxın Şərq
Ər-Riyad ABŞ Senatının qətnaməsini rədd etdi
Səudiyyə Ərəbistanı ölkənin varis şahzadəsi Məhəmməd bin Salman Əl-Səudun jurnalist Camal Qaşıqçının qətlində məsuliyyət daşıması ilə bağlı Amerika Senatının qətnaməsini rədd edib.
Publika.az "Report"a istinadən xəbər verir ki, bu haqda krallığın Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, Səudiyyə Ərəbistanı krallığı bu yaxınlarda Birləşmiş Ştatların Senatı tərəfindən açıqlanmış, əsassız iddialara və ittihamlara əsaslanan, krallığın daxili işlərinə kobud müdaxiləni özündə cəmləşdirən, bu ölkənin regional və beynəlxalq rolunu pozan mövqeyi rədd edir.
Bununla yanaşı, nazirlik krallığın Birləşmiş Ştatlarla münasibətlərin inkişafına sadiqliyini vurğulayıb. Krallıq Amerika Senatının mövqeyi ilə bağlı narahatlığını ifadə edib.
ABŞ Konqresinin Senatı ötən cümə axşamı ərəb jurnalist Camal Qaşıqçının qətlinə görə Səudiyyə Ərəbistanınınvəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səudu məsuliyyətli bilən qətnamə qəbul edib.
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO



































.jpg)

.jpg)