Sayı 500-ə yaxınlaşır, strateji şəhər və ABŞ silahları ələ keçirildi... - (YENİLƏNDİ)
Bizi izləyin

Yaxın Şərq

Sayı 500-ə yaxınlaşır, strateji şəhər və ABŞ silahları ələ keçirildi... - (YENİLƏNDİ)

“Sülh Çeşməsi” hərəkatı çərçivəsində öldürülən terrorçuların sayı 459-a çatıb.

Publika.az xəbər verir ki, bu haqda Türkiyə Müdafiə Nazirliyinin məlumatında deyilir.

***

15:58

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu “Sülh Çeşməsi” hərəkatı çərçivəsində daxil olduğu Rəsulayn şəhər mərkəzində ABŞ istehsalı olan zirehli avtomobillər ələ keçirib.

Publika.az xəbər verir ki, YPG terrorçularına aid olan avtomobillər birliklərin şəhər mərkəzinin nəzarətini ələ keçirməsindən sonra tərk edilib.

Olay yerinə ezam olunan Anadolu Agentliyinin müxbiri Ləvənt Kamal avtomobilin fotosunu sosial media hesabında paylaşıb.

***

13:39

Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birgə təşkil etdiyi “Sülh Çeşməsi” hərəkatı çərçivəsində terrorçu PKK/YPG-PYD qruplaşmasının nəzarəti altında olan Rəsulayn şəhərinin mərkəzinə daxil olub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi informasiya yayıb.

***

13:13

Suriya Milli Ordusunun Əlsalam Briqadası "Sülh Çeşməsi" əməliyyatı çərçivəsində Təl Rıfat bölgəsindən Azezdəki PKK/YPG mövqelərini atəşə tutub.

Həmin anların görüntüləri dron vasitəsilə də havadan çəkilib.

***
12:40

“ABŞ-ın müşahidə məntəqəsində hücum etmək kimi iddia müzakirə mövzusu belə deyil. Qəti şəkildə ABŞ və koalisiya əsgərlərinin vurulması müzakirə mövzusu deyil”,

Publika.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə nazir Hulusi Akar deyib.

“Sülh Çeşməsi” hərəkatında iştirak edən ordu birliklərinin komandirləri ilə son vəziyyəti müzakirə edən nazir bildirib ki, əməliyyatdan öncə ABŞ bazalarına zərər verilməməsi üçün hər növ tədbir görülüb: “ABŞ-ın müşahidə məntəqəsinin min metr cənub-qərbindəki təpələrdən Suruçun cənubundakı sərhəd məntəqələrinə hücum edilib. Buna cavab olataq terrorçuların mövqeləri atəşə tutulub. ABŞ-ın müşahidə məntəqəsinə hücum olunmayıb. ABŞ tərəfindən məsələnin bizə çatdırılmasından sonra atəş dayandırılıb”.

Qeyd edək ki, daha əvvəl “Nyusvik” nəşri Türkiyə ordusunun “Sülh çeşməsi” hərəkatı çərçivəsində Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı təşkil etdiyi top atışları ilə yalnışlıqla ABŞ hərbçilərini vurduğunu iddia edib.

***

10:50

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu tərəfindən Fərat çayının şərqindəki terrorçulara qarşı təşkil edilən “Sülh Çeşməsi” əməliyyatı 4-cü günündə davam edir.

Publika.az xəbər verir ki, yerli vaxtla saat 09:15 etibarilə Suriya Milli Ordusu əsgərləri Münbiçdən Qamışlıya uzanan strateji M4 quru yoluna çatıb.

Hərəkat çərçivəsində bu günə qədər 415 terrorçu zərərsizləşdirilib. Türkiy Silahlı Qüvvələri 4 şəhid verib.

***

09:00

"Sülh Çeşməsi" ("Barış Pınarı") əməliyyatı çərçivəsində öldürülən PKK/PYD-YPG terrorçularının sayı 415-ə çatıb.

Publika.az xəbər verir ki, bu haqda Türkiyənin Müdafiə Nazirliyindən bildirilib.

"Fəratın şərqində həyata keçirilən "Barış Pınarı" hərəkatı gecə boyunca uğurla davam etdirilib. PKK/PYD-YPG terror təşkilatının mövqeləri qurudan və havadan vuruldu. Zərərsizləşdirilən terrorçuların sayı 415-ə çatıb", - məlumatda deyilir.

***

01:49

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Sülh Çeşməsi" (Barış pınarı) antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 399 terroçusu zərərsizləşdirilib.

Publika.az Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi özünün tvitterdəki səhifəsində məlumat yayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm