Yaxın Şərq
Müəmmar Qəddafinin oğlu Liviyaya qayıdacağını bəyan etdi
Liviyada 2011-ci ilin oktyabrında “Ərəb baharı” adı ilə baş vermiş üsyanda həbs edilən Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam “Nyu-York Tayms” nəşrinə müsahibəsində tezliklə öz ölkəsinə qayıdacağını və siyasətlə məşğul olacağını deyib.
Publika.az xəbər verir ki, 10 ilə yaxın gizlənən Sef əl-İslam Qəddafi amerikalı jurnalist Robert Uorta müsahibəsində əsirlikdə olduğu vaxt başına gələnlərdən danışıb. O bildirib ki, üsyançılar onu edam etmək istəyiblər, lakin müəyyən vaxtdan sonra bu fikirdən vaz keçiblər. Uzun illər boyu üzə çıxmamasının səbəbini izah edən oğul Qəddafi əlavə edib ki, hazırda liviyalılar inqilab illüziyasından ayılıblar və bunun şahidi olmaq üçün səbirlə gözləyib.
London Kollecinin məzunu olan Seyf əl-İslam, həm də atasının varisi idi və Qərb siyasətçiləri arasında dostları da vardı. O, 2012-ci ilədək Liviyanın Zintan həbsxanasında saxlanılıb və naməlum şəxslər tərəfindən qaçırıldıqdan sonra indiyədək bilinməyən yerdə gizlənib. Seyf əl-İslam atasının tərəfdarlarından ibarət “Yaşıl hərəkat” adlı təşkilatın yenidən Liviyanın bütövlüyünü bərpa edəcəyinə inanır. “Nyu-York Tayms” yazır ki, Liviyadakı son seçkilərdə bu hərəkatın da üzvləri iştirak ediblər. Qəzetin iddia etdiyinə görə, hazırda liviyalıların 57 faizi Seyf əl-İslamın ölkəyə rəhbərlik etməsini istəyir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
