Yaxın Şərq
Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar
Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib.
Publika.az "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalət Məhkəməsinin qərarı ilə təzminat ölən 6 nəfərin həyat yoldaşları, qardaşları, uşaqları və qardaşı oğullarını əhatə edəcək. Pulun İrandan necə alınacağı isə hələlik bəlli deyil. Qəza qurbanların qohumlarının vəkili Mark Arnold deyib ki, onun komandası İran dövlətinin aktivlərinə, o cümlədən İranın Kanadadakı və xaricdəki neft tankerlərinə həbs qoymağa çalışacaq.
Qeyd edək ki, 2 il öncə Ukrayna Hava Yollarına məxsus "PS752" reysi havaya qalxdıqdan sonra iki raketlə vurulmuşdu. İran təyyarənin Amerika raketi ilə səhv salındığını bildirmişdi. Təyyarədə olan 176 sərnişin və ekipaj üzvlərinin hamısı həlak olmuşdu. Onlardan 35-i Kanada vətəndaşı idi.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





















.jpg)















.jpg)
.jpg)
