HƏMAS 13 israilli girovu azad etdi, 4-ü isə...
Bizi izləyin

Yaxın Şərq

HƏMAS 13 israilli girovu azad etdi, 4-ü isə...

HƏMAS 13 israilli girovu azad etdi, 4-ü isə...

HƏMAS-ın hərbi qanadı 13-ü israilli, 4-ü tailandlı olmaqla 17 girov azad edilib.

Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) "Telegram" kanalında məlumat verilib.

"Azad edilən girovların karvanı hazırda Misirdən keçərək Kerem Şalomdakı görüş nöqtəsinə doğru gedir.

Təhlükəsizlik nümayəndələri azad edilmiş girovlarla görüş nöqtəsində siyahını yoxlayacaqlar.

Girovların ailələrin' IDF nümayəndələri tərəfindən mövcud olan ən son məlumatlar verilir", - məlumatda deyilir.

Bundan əvvəl radikal HƏMAS qruplaşmasının hərbi qanadı "İzzəddin əl-Qəssam Briqadaları" israilli girovların ikinci qrupunun azad edilməsini təxirə salmışdı .

Qeyd olunur ki, ikinci qrup məhbusların azad edilməsi İsrail hökumətinin humanitar yardım daşıyan yük maşınlarının Qəzza zolağının şimal hissəsinə daxil olmasına dair razılaşmanın şərtlərini yerinə yetirdikdən və həmçinin fələstinli məhbusların azad edilməsi ilə bağlı sazişə əməl etməyə başladıqdan sonra baş verəcək.

Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, bütün girovlar evlərinə qaytarılmayana qədər ölkənin Müdafiə Qüvvələri (IDQ) Qəzza zolağından çıxmayacaq.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm