Yaxın Şərq
“Əsəd həbsxanaları” BOŞALDILDI - 100 mindən çox məhbus azad edildi
“Heyəti Təhriri əl-Şam”qruplaşmasının başçılıq etdiyi suriyalı üsyançılar Dəməşqə gedən yolda yerləşən şəhərləri ələ keçirərkən həbsxanaların qapılarını açıb, məhbusları azad ediblər.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” mənbələrə istinad etmədə məlumat yayıb.
Bildirilib ki, 14 illik vətəndaş müharibəsi zamanı 100.000-dən çox insan həbs edilib.
Nəşr onu da bildirib ki, bir çox məhbuslar zəif və yorğun çıxıb, bəziləri sağ olub-olmadığını bilməyən ailə üzvləri ilə görüşüblər.
Bu cəzaçəkmə müəssisələri “Əsədin həbsxanaları” adlanırdı. Qərb mətbuatının məlumatına görə, orada qadınlar və uşaqlar da saxlanılıb.
Dəməşqdəki həbsxana haqqında yazırlar ki, onun ərazisində yeni krematorium tikilib. "The Guardian"ın məlumatına görə, indi yeraltı həbsxana blokları ilə bağlı ziddiyyətli xəbərlər var ki, onlara hələ çatmaq mümkün olmayıb. Hələlik rəsmi qurumlardan bu məsələ ilə bağlı heç bir şərh yoxdur.
Hüseyn İbadlı
-
Sosial16:26Əsgəran Silah Muzeyi yaradılır
-
Rəsmi xronika15:52İlham Əliyev Qazaxıstanda təməlqoyma mərasimində iştirak etdi
-
Sosial14:42Əli Əsədov “Bakı Metropoliteni” ilə bağlı sərəncam imzaladı
-
MDB14:07Bu türk dövlətində məmurlara işə pencəksiz gəlməyi əmr etdilər - Səbəb nədir?
-
ABŞ13:00Maduro belə şəraitdə saxlanılır: Bu dili öyrənir, kitab oxuyur - Oğlu danışdı
-
Rəsmi xronika12:48İlham Əliyev Qazaxıstana getdi - Foto
-
Sosial12:45Yağış yağacaq - PROQNOZ
-
Dünya12:18Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?












.jpg)





.jpg)
















.jpg)



