Yaxın Şərq
Üç ssenari: Suriyanın taleyi necə olacaq?
Əsədin devrilməsindən sonra Suriyanın taleyini necə olacağı əsas müzakirə mövzularındandır. Hakimiyyəti ələ alan “Heyət Təhrir əş-Şam” (HTŞ) Əbu Məhəmməd əl-Colani ölkəni birləşdirmək vədini versə də, bunun çətin olacağı reallığı da var.
Publika.az xəbər verir ki, BBC Suriyada ehtimal edilən üç ssenarini hazırlayıb.
Birinci ssenari: birləşmiş Suriya;
Suriyada ən optimal ssenari HTŞ-nin ölkənin idarəçiliyində sivil siyasi təşkilatların iştirakına şərait yaratmasıdır. Colani indiyə qədər ölkədəki müxtəlif məzhəblər arasında milli birlik və qarşılıqlı hörmətlə bağlı müsbət açıqlamalar verib. Lakin Suriyada çoxsaylı qruplar mövcuddur və hər birinin öz gündəmi var. Bununla yanaşı, 2011-ci ildən indiyə qədər Suriyanın xaricində qurulmuş müxalif qruplar və siyasi bloklar var, onların ölkəyə geri dönərək, siyasi keçid mərhələsinə qatılıb-qatılmayacağı hələ də məlum deyil.
İkinci ssenari: HTŞ iqtidarı;
HTŞ-nin Əsəd kimi iqtidarı avtoritar üsullarla əlində saxlayacağına dair narahatlıq var. Colani HTŞ-nin sabitliyi və xalqa xidməti təmin edərək, müsbət bir idarəçilik qura biləcəyini nümayiş etdirməyə çalışır. Lakin onun rəqibləri HTŞ-nin İdlibdə rəqib dəstələrə və müxalif qruplara təzyiq etdiyini bildirirlər. Eyni zamanda, HTŞ-nin İdlibdəki iqtidarını Dəməşqə qədər genişləndirmək üçün kifayət qədər resursunun olmadığı deyilir.
Üçüncü ssenari: parçalanmış Suriya;
Suriya “ərəb baharı”nda xaosla üzləşən bir sıra ölkələrlə eyni vəziyyətə düşə bilər. Ölkədə müxtəlif silahlı qruplar arasındakı rəqabət şiddətli toqquşmaya çevrilə və təkcə Suriyanı yox, bütün bölgədə qarşıdurmaya sürükləyə bilər.
Asif
-
Cənubi Qafqaz09:21Köçəryan həbs edildi
-
Dünya09:00Dəhşətli daşqından sonra 28 ölkənin 466 vətəndaşı itkin düşdü
-
Avto07:55Bəzi özəl parkinqlərdə qiymətlər artdı: belə davam edərsə... - Video
-
Hadisə03:44Fədakarlığı ilə faciənin qarşısını aldı: Gündəm olan görüntülərin "qəhrəmanı" danışdı - Video
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:10Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Foto












.jpg)























.jpg)
.jpg)

.jpg)