Yaxın Şərq
İsraildən "Hizbullah"a XƏBƏRDARLIQ: "Başını əzəcəyik!"
İsrail müdafiə naziri İsrael Kats "Hizbullah"a xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, o, bu barədə İsrail hərbçiləri ilə görüşündə deyib.
"Hizbullah" hərəkatı razılaşmanın şərtlərini pozsa və atəşkəsə əməl etməsə, qarşı tərəfə ciddi zərbə vurulacaq: "Biz bu ilanı zəiflətmişik. Əgər "Hizbullah" Litani çayının o tayına çəkməyə və atəşkəsi pozmağa cəhd etsə, onun başını əzəcəyik", - deyə nazir bildirib.
Onun sözlərinə görə, İsrail "Hizbullah"a qoşunlarını Livanın cənubundakı kəndlərə qaytarmağa və burada hərbi obyektlərini yenidən yaratmağa icazə verməyəcək:
"Hərbçilərimiz köçkünlərin İsrailin şimalındakı evlərinə qayıtması üçün sərhəd bölgəsində təhlükəsizliyin bərpasına zəmanət verir".
Qeyd edək ki, tərəflər arasında razılaşma noyabrın sonunda qüvvəyə minib. Razılığa görə İsrail ordusu Livan ərazisindən tədricən geri çəkiləcək.
-
İKT20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop14:38Başı bəladan qurtulmayan 4 bürc
-
Hadisə13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama




































.jpg)

