Yaxın Şərq
Bu ölkədə əl-qolu "bağlanan" baş nazir İSTEFA VERDİ - FOTO
Yəmənin Baş naziri Əhməd Avad bin Mübarək istefa verib.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin rəhbəri "X" sosial şəbəkəsində məlumat verib.
"Mən prezident şurasının rəhbəri Rəşad əl-Alimi ilə görüşümü başa çatdırdım və ona baş nazir vəzifəsindən istefa ərizəmi təqdim etdim", - baş nazir yazıb.
Ben Mübarək əlavə edib ki, belə bir qərara səbəb konstitusion səlahiyyətlərini yerinə yetirə bilməməsi və hökumətdə kadr dəyişikliyi həyata keçirə bilməməsidir. Onun sözlərinə görə, Yəmən Nazirlər Kabinetinin rəhbəri olduğu müddətdə müxtəlif çətinliklərlə üzləşib.
Bin Mübarək 2024-cü ilin fevral ayının əvvəlində Yəmənin baş naziri vəzifəsinin icrasına başlayıb. Bundan əvvəl o, ölkənin Xarici İşlər Naziri vəzifəsində çalışıb.
Hüseyn İbadlı
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq






































