Yaxın Şərq
İsrail İrana qarşı hərbi əməliyyatı genişləndirdi
İsrail Müdafiə Qüvvələri (İDF) İranın nüvə proqramına qarşı hərbi əməliyyatının miqyasını genişləndirir və onlarla hərbi obyektə zərbələr endirir.
Publika.az xəbər verir ki, bunu İsrailin baş nazirinin ofisinin müşaviri Dmitri Qendelman bildirib.
"İDF İran daxilində genişmiqyaslı əməliyyatını genişləndirir, nüvə proqramını hədəfləyir və rejimin davam edən təcavüzünə cavab verir. Dəqiq kəşfiyyat məlumatları əsasında onlarla əsas hədəfə, o cümlədən ballistik raket qurğuları, hərbi bazalar və strateji infrastruktura zərbələr endirilir", - Qendelman "Telegram" kanalında yazıb.
Müşavir həmçinin israilliləri ölkə daxilində sığınacaqlara yaxın olmağa və Daxili Cəbhə Komandanlığının göstərişlərinə əməl etməyə çağırıb.
Adəm
-
Nəqliyyat13:37Hava limanında həyəcanlı anlar: Təyyarənin enişdə təkəri partladı - FOTO
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki
-
Yaxın Şərq12:44İran: ABŞ və İsrailə qarşı daha dağıdıcı plan hazırlamışıq
-
Ekologiya12:16Sabahın hava proqnozu açıqlandı
-
Digər11:56Maşın zəvvarlara çırpıldı - 15 ölü 40 yaralı var
-
Hadisə09:19Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürüldü - FOTO/YENİLƏNDİ
-
Avropa08:48NATO Ukraynada vəziyyəti sabitləşdirmək üçün imitasiya edir - 1500 hərbçi...


































