Yaxın Şərq
Bu ölkə vətəndaşlarını İsraildən çıxarır
Böyük Britaniya hökuməti İsraildən çıxmaq istəyən britaniyalılar üçün çarter reysi təşkil edir.
Publika.az BBC-yə istinadla xəbər verir ki, Britaniya vətəndaşlarına onlayn forma vasitəsilə uçuşla bağlı maraqlarını bildirmək tövsiyə olunub. Bu qərar ABŞ-ın İranın nüvə obyektlərinə zərbələr endirməsi və İsrail-İran arasında gərginliyin artması fonunda elan edilib. İsrail hava məkanı 13 iyun tarixində bağlanıb.
Xarici İşlər Nazirliyindən bildirilib ki, əlavə uçuşlar təhlükəsizlik vəziyyəti və tələb əsasında nəzərdən keçiriləcək. Regionda vəziyyətin tez-tez dəyişməsi səbəbindən uçuş imkanları qısa müddətdə dəyişə bilər. Britaniya vətəndaşları və onlarla birlikdə səyahət edən qeyri-britaniyalı ailə üzvləri bu xüsusi reys üçün müraciət edə bilərlər. Tel-Əvivdən planlaşdırılan uçuşda yerlər ehtiyac dərəcəsinə uyğun olaraq ayrılacaq.
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ


















.jpg)
















