Yaxın Şərq
Hörmüz boğazından keçən gəmilərin sayı KƏSKİN AZALDI
Sentyabrın 10-da Hörmüz boğazından cəmi 7 gəmi keçib. Bu göstərici bir gün əvvəl qeydə alınan 11 gəmidən də azdır və son 10 günün orta göstəricisindən iki dəfədən çox aşağıdır.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" "Kpler" analitik şirkətinin məlumatlarına istinadən yazıb.
Boğazdan çıxan iki gəmidən biri "Panamax" sinfinə aid olub və gübrə daşıyıb. Digər gəmi isə yüksüz hərəkət edib. Boğaza beş gəmi daxil olub. Onlar taxıl və polad daşıyan yük gəmiləri, neft məhsulları daşıyan bir tanker və toplu yük gəmisilərindən ibarət olub.
Şirkət qeyd edib ki, bəzi gəmilər Avtomatik İdentifikasiya Sisteminin (AIS) transponderlərini söndürərək boğazdan keçə bilər. Bu halda onların hərəkətini standart monitorinq vasitələri ilə izləmək mümkün olmur.
Xatırladaq ki, fevralın 28-də İranla müharibə başlamazdan əvvəl Hörmüz boğazından sutka ərzində təxminən 125 iri kommersiya gəmisi keçirdi. Dünya üzrə gündəlik xam neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən 20 faizi bu marşrutla həyata keçirilirdi.
Müəllif: Adəm
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...




































.jpg)

