Nida.az
Beynəlxalq müşahidəçilər seçkilərlə bağlı mətbuat konfransı keçiriblər
Azərbaycandakı parlament seçkiləri olduqca yüksək səviyyədə keçirilib. Bunu noyabrın 1-də “Seçkilər” Media Mərkəzində seçkilər başa çatdıqdan sonra keçirilən mətbuat konfransında beynəlxalq müşahidəçilər deyib.
ABŞ-dan olan müşahidəçi Ceyson Kats bildirib ki, Azərbaycanda keçirilən parlament seçkilərində iştirak etməkdən məmnundur.
“Seçkilərin təşkilatçılığı məni heyran edib. Eyni zamanda, seçki prosesi çox xoşuma gəldi. Məntəqə üzvləri həddindən artıq yüksək səviyyədə təlim keçiblər. Seçki məntəqələrinin yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşlarını görmədim. Bu, çox yaxşı haldır. Səsvermə prosesini əvvəldən axıradək izlədik. Məntəqə üzvləri vətəndaşlara səsvermə prosesi zamanı yaxından kömək edirdilər. Seçkilər zamanı barmaqların yoxlanması təqdirəlayiq haldır. Bu, insanların iki dəfə səs verməsinin qarşısını aldı. Ümumilikdə, bu seçkilər ABŞ-dakı seçkilərdən də yüksək səviyyədə təşkil edilmişdi”,-deyə C.Kats bildirib.
İsrailli ekspert Arye Qut qeyd edib ki, ilk dəfədir Azərbaycanda parlament seçkilərində iştirak edir .
“Parlament seçkiləri şəffaf keçirilib. ABŞ-dan olan mütəxəssislər də qeyd etdilər ki, bu cür demokratik seçkilər digər ölkələr üçün də nümunə ola bilər. Vətəndaşlar sərbəst şəkildə seçkilərdə iştirak etdilər. Azərbaycan ona qarşı ünvanlarmış təzyiqlərə baxmayaraq, seçkiləri yüksək səviyyədə keçirdi. ABŞ-da və Avropada olan bəzi dairələr Azərbaycanın yürütdüyü siyasəti anlamır. Azərbaycan daxildən güclü olmalı, uğurlu siyasətini davam etdirməlidir. Bu yolda Azərbaycana uğurlar arzu edirəm. Bu seçkilər Azərbaycanın demokratik inkişafı istiqamətində atılmış addımdır. İnsanların seçkilərdə nə qədər maraqlı olduğunu müşahidə etdik. Siyasi partiyaların nümayəndələri ilə danışdıq, onlar da seçkilərin gedişindən razı olduqlarını bildirdilər.
Bir neçə seçki məntəqəsində müşahidə apardığını bildirən almaniyalı müstəqil jurnalist Reyner Şubert heç bir ciddi qanun pozuntusuna rast gəlmədiklərini vurğuladı.
İsrailin Birinci radiosunun baş redaktoru Vlad Zernitskiy bildirib ki, seçki prosesi tam demokratik və şəffaf keçdi. Seçicilər sərbəst şəkildə seçkilərə gəlir və səslərini verir, vətəndaşlıq hüquqlarından istifadə edirdilər.
-
Pul23:12
"Bitcoin"in qiyməti 3-cü dəfə TARİXİ MAKSİMUMA ÇATDI
-
Nəqliyyat22:48
Sabahdan 11 yolda məhdudiyyət tətbiq ediləcək - SİYAHI
-
Magazin122:36
Lalə Məmmədovadan cəsarətli pozalar - FOTO
-
Dünya21:30
5,9 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Sağlamlıq20:30
Bu qidalar depressiya riskini AZALDIR
-
Magazin220:12
Sevil Vəliyevadan ŞOK QADAĞA: "Mahnılarımı avtomobildə səsləndirməyin" - FOTO
-
Elm və təhsil20:00
Müəllim qəbulda əsəbiləşdiyi üçün ölüb? - AÇIQLAMA
-
Magazin119:48
Özge Arzu Əliyeva ilə bir arada - FOTO/VİDEO