Nida.az
Amerikalı ekspert: “Ermənistan Qarabağı zorla özünə birləşdirsə…”
"Internashional Herald Tribune" Azərbaycan Diplomatik Akademiyasının əməkdaşı, amerikalı ekspert Pol Qobl “Amerikanın səsi” radiosunun erməni xidmətinə müsahibə verib.
Publika.az-ın verdiyi xəbərə görə, ekspert Ermənistan ağır vəziyyətdən çıxması üçün təcili qərarlar qəbul etməli olduğunu bildirib.
“Ermənistanın planlarında yaxşı variant yoxdur, amma Yerevan pis variantlar içərisindən daha münasibi seçməyi bacarmalıdır", - Pol Qobl deyib.
Onun sözlərinə görə, Rusiya Ermənistanı Gömrük Şurasına qoşulmağa məcbur etməklə yaxşı olmayan vəziyyətə salıb: “Düşünmürəm ki, Rusiya Ermənistanın tərəfindədir. Rusiya üçün Gürcüstan yol, Ermənistan silah, Azərbaycan isə mükafatdır. Rusiya Ermənistandan öz hədəfləri üçün istifadə edir. Rusiya Ermənistanın dostu deyil”.
Pol Qoblun fikrincə, Rusiya Krımı tutmaqla öz maraqları baxımından böyük səhv buraxdı. Amerikalı ekspert hazırda bütün ölkələrin gücün köməyi ilə sərhədlərin dəyişdirilməsinə yönəlik Rusiyanın siyasətindən narahat olduğunu deyib: “Əgər Ermənistan bu yolla getsə və Qarabağı zorla özünə birləşdirsə yeni müharibədə təcrid olunacaq. Keçmiş sovet respublikalarının sərhədləri Stalin vaxtı çəkilmişdi. Stalinin çəkdiyi sərhədlər qəbahətli idi və bu sərhədlərin dəyidirilməsi çox təhlükəlidir”.
Amerikalı ekspertə görə, Rusiyanın təcavüzkarlığın səbəblərindən biri də Putinə rus xalqının verdiyi dəstəkdir: “İqtisadiyyatın 7 faiz inkişafı xalqı Putinə bağlayır. Neftin qiymətləri düşən vaxt keçmiş liderlər kimi Putin də mövqeyini qorumaq üçün beynəlxalq gərginliyin yaradılmasına yönəlik addımlara təşəbbüs etdi. Krım buna nümunə ola bilər”.
Ömər Dağlı
-
Dünya13:24CHP parçalanma və kütləvi istefa astanasında - Kılıçdaroğlu geri dönür?
-
Nida Xəbər 12:59Tokayevdən Bakı və İrəvana çağırış: Tez imzalayın
-
Dünya12:40İsrail mətbuatı Türkiyənin "Ejder"indən yazdı: "Təkərli canavar"dır - VİDEO
-
Dünya11:47Trampın gizli planı üzə çıxdı: Avropa şokda, 4 ölkə hədəfdə
-
MDB11:10Paşinyan bu dəfə Moskvada velosiped sürdü - VİDEO
-
MDB10:50Məşhur ekstrasensin 2026-cı il proqnozu: Rusiyada görün nə baş verəcək
-
İdman10:44Braziliya klubu "Qarabağ"la danışıqlara başladı: Ançelottinin istəyi ilə
-
Köşə09:12Qurban Qurbanov istefa verməlidir - Xilas bundadır

























.jpg)











