Nida.az
Azərbaycanın enerji tarixində "Yaşıl inqilab" – VİDEO
Yanvarın 12-də Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bir gün sonra ölkə əhəmiyyətli hadisənin baş verəcəyinin anonsunu etdi. Beləliklə, tarixi Gülüstan sarayında "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi baş tutdu.
Dövlət başçısı tədbirdə çıxış edərkən bildirdi ki, "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının yaradılması bir çox mənalarda olduqca önəmli və əhəmiyyətli layihədir:
"Digər potensial investorlar üçün də bir siqnaldır ki, onlar da vaxt itirmədən müəyyən addımlar atsınlar. Hazırda Azərbaycan Energetika Nazirliyi dünyanın bir neçə aparıcı şirkəti ilə müvafiq danışıqlar aparır və yenə də deyirəm, bu, müxtəlif amillərin vəhdətidir. Həm ölkəmizdə sabitlik, əmin-amanlıq, ölkəmizin inkişafı ilə bağlı dünyada çox müsbət fikirlər, yəni, həqiqəti əks etdirən fikirlər, siyasətimizin proqnozlaşdırılması və eyni zamanda, güclü sənaye potensialı, iqtisadi müstəqillik, enerji təhlükəsizliyinin təmin edilməsi və hazırlıqlı kadr potensialı var. Yəni, bunlar əsas amillərdir. Bu amillər istənilən investor üçün böyük əhəmiyyət kəsb edir".
Ekspertlər hesab edir ki, bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək. Bir sözlə, bu stansiyanın yaradılması bir daha onu göstərir ki, Azərbaycan dövləti bərpaolunan enerji növlərinin istehsalına önəm verir.
Ekspert İlham Şaban Publika.az-a açıqlamasında söyləyib ki, Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyası ilə bağlı bizim üçün 2 mühüm məsələ var. Onun sözlərinə görə, əsasən 2005-ci ildə dünyada, Avropada böyük sürətlə alternativ enerjiyə keçid məsələsi ortaya qoyuldu:
"Bu, bizə çox gec gəlib çatdı. Baxmayaraq ki, 2009-cu ildə Azərbaycanda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdı. 2012-ci ildən bizdə alternativ enerji mənbələrindən, günəş panellərindən və külək enerjisindən hasilat başladı. Ancaq bunlar çox kiçik turbinlərdən hasil edilən enerji idi. 2018-ci ildən Energetika Nazirliyi böyük gücə malik alternativ enerji mənbələrindən istehsala başladı. Bunlar özəl şirkətlərin yatırımı hesabına reallaşdı. Bu proses 2018-ci ildən başlasa da, 2020-ci ilin doqquzuncu ayında onlar "ACWA Power" şirkəti ilə pilot müqaviləsini imzalamalı oldu".
Ekspert vurğulayıb ki, üstündən 2 il keçəndən sonra onun ancaq təməli qoyuldu:
“Təməlqoymanın üzərindən il yarım vaxt keçməlidir ki, biz ondan elektrik enerjisi alaq. Ancaq istənilən halda, bu, bir başlanğıcdır. Xeyri ondan ibarətdir ki, Mingəçevir Su Elektrik Stansiyasının gücü qədər stansiya tikilir. Allahın verdiyi küləkdən enerji almalıyıq. Qeyd edilənə görə, ildə 1 milyard kilovatsaat elektrik enerjisi verməlidir. Bunun üçün əsas məsələ odur ki, biz qaz yandırmayacağıq. Yəni, yanacaq kimi ənənəvi enerjidən istifadə etməyəcəyik. Baxın, bu, həm ekoloji baxımdan xeyirdir, həm də orada istehsal olunacaq yanacağı biz artıq xarici bazarda satıb vəsait qazana bilərik. Təbii ki, bütün bunlar həm ekologiyaya müsbət təsirini göstərəcək, həm də ənənəvi enerji resurslarına daxili bazarda qənaət edilə bilər. Eyni zamanda sonradan onu xarici bazarda daha yüksək qiymətə sataraq kapitala çevirmək olar. Əsas məsələ bundan ibarətdir. Doğrudur, alternativ enerjidən alınan elektrik enerjisinin qiymətini nə Azərbaycan hökuməti, nə də enerji istehsal edən qurumlar bu 10 ildə açıqlamayıb. Ona görə açıqlamırlar ki, bu, bahalı bir enerjidir”.
Tural Turan
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO