Nida.az
Müavindən başqana “bəy tərifi”: Müsavatda məddahlıq yarışı gedir - VİDEO
“Arif bəy yubileyi böyük saraylarda dövlət səviyyəsində qeyd olunmalı şəxsiyyətdir”; “Sizin haqqınızda danışmağın özü böyük məsuliyyətdir. Bu mənim üçün üçün böyük şərəfdir, amma bir o qədər də böyük məsuliyyətdir”; “xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri” və s. və ilaxır;
Bu fikirləri kim başqası haqqında səsləndirsə, yüksək səviyyədə məddahlıq olduğunu hər kəs təsdiqləyər. Xeyr, bu iqtidar düşərgəsində baş verməyib, yaxud hansısa vətəndaş yüksək səviyyəli məmur haqqında danışmır.
Bu, Azərbaycan müxalifətinin baş vurduğu məddahlıq leksikonudur. O müxalifət ki, iqtidarı zaman-zaman məddahlıqda ittiham edir, yaxud hansısa vətəndaşın səmimi sözlərini yaltaqlıq kimi təqdim edir. Halbuki, vətəndaşın səmimi sözlərində belə bu qədər məddahlıq olmayıb.
Bu məddahlığın sıradan bir müxalifət siyasətçisi haqqında edilməsi isə məqsədin birbaşa “yarınmaq” olduğunu daha açıq şəkildə bəlli edir.
“Arif bəyin yubileyi böyük saraylarda dövlət səviyyəsində qeyd olunmalıdır” deyir Müsavat başqanının müavini Razim Əmiraslanlı. Müavini başqanını 60 illik yubileyi münasibətilə təbrik etmək üçün bu leksikondan istifadə edir, daha doğrusu bu qədər məddahlığa gedir, başqan isə ona deyilən “bəy tərifini” alqışlarla qarşılayır.
Birincisi, Arif Hacılı Azərbaycan siyasətində o qədər də böyük nüfuzu olmayan siyasətçilərdəndir. Təsadüfi deyil ki, onun partiyaya başqan gəlməsindən sonra Müsavat bir neçə yerə parçalandı və partiya daxilində nüfuzu ilə seçilən şəxslərin çoxu bu düşərgəni tərk etdi. Razim Əmirasanlı bu sözləri İsa Qəmbər haqqında desəydi, bəlkə də bir qədər anlaşılan olardı, təbii ki, bu, yenə də məddahlıq əndazəsinin aşıldığı gerçəyini dəyişmir. Arif Hacılı haqqında bu qədər “bəy tərifi” bir qədər gülünc doğurur və bunun müavininin başqana “yarınmaq” istəyindən irəli gəldiyi aydın görünür.
İkincisi, Arif Hacılı dövlət üçün böyük fəaliyyətlərə imza atmış siyasətçi də deyil. Xalq hərəkatında iştirak edib, o da həmişə ikinci dərəcəli şəxslərdən olub və daha çox İsa Qəmbərin kölgəsində qalıb. Amma müavini onun yubileyinin böyük saraylarda dövlət səviyyəsində keçirilməsinin vacibliyindən bəhs edir.
Və bu, bir daha Müsavatda şəxsiyyətə pərəstiş ideologiyasının hakim olduğunu təsdiqləyir. Videokadrlardan görünən də bunu deməyə əsas verir: Razim Əmiraslanlı yüksək dozada “bəy tərifini” deyir, başda əyləşən Arif Hacılı bu tərifdən xoşhal olur, sonda onun haqqında edilən məddahlığı alqışlayır.
Arif Hacılı bu məddahlığa əl çalmaqla digər üzvlərə demək istəyir ki, “mənim haqqımda ən azı bu səviyyədə tərif deməlisiniz”. Təbii ki, digərləri də başqanın gözündən düşməmək üçün Razim Əmiraslanlının məddahlığını keçməyə çalışacaq.
Müsavatdakı bu məddahlıq təsdiq edir ki:
- İqtidarı ittiham edən müxalifətin özü gerçəkdə irəli sürdükləri ittihamın motivləri ilə yaşayır;
- Müxalifət partiyalarının sədrləri kiçik elektoratlarını birləşdirdikləri öz balaca dünyalarında ciddi diktatura yaradıblar;
- Bu balaca dünyada onlar gerçəkdə olduqları kimi yox, olmaq istədikləri şəxslərdir;
- Arif Hacılı kimi siyasətçilər (digər partiyalarda da analoji hal yaşanır) öz eqolarını təmin etmək üçün ətrafındakılardan onu tərifləməyi, hətta əndazəni aşacaq səviyyədə məddahlıq etmələrini tələb edirlər;
Çünki:
“Onun bu iqamətgahda dil tapdığı yeganə insanlar qulluqçulardır. Qulluqçularla davranmaq onun üçün o səbəbdən asan idi ki, o, onlardan öz ünvanına eşitdiyi tərifləri ciddi qəbul edir, bu sadə insanların qəlblərini asanlıqla oxuya bilirdi”.
Bu yerdə Markesin “Patriarxın payızı” romanından bu hissə yada düşür. Bu müxalifətin payızı çoxdan gəlib, ətraflarını xəzan bürüyüb, amma qurumuş budaqlardan bərk-bərk yapışıb yerlərindən tərpənmək istəmirlər.
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO