Nida.az
Ərdoğan bu mövzuda Putinlə danışacaq - Deputat
“ABŞ-ın vitse-prezidenti Kamala Harris və NATO-nun baş katibi Yens Stoltenberq Münhendə keçirilən görüşdə Qərbin Rusiya ilə təhlükəsizlik məsələlərində dialoqa hazır olduğunu təsdiqləyib. Onlar Rusiya ilə dialoqa hazır olduqlarını və Ukraynanın kollektiv müdafiəsini gücləndirmək səylərini müzakirə ediblər. Bundan əvvəl də Rusiya ilə Qərb arasında bu sahədə əməkdaşlıq olub”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputatın sözlərinə görə, Rusiya tərəfi NATO və ABŞ-a özünün təhlükəsizliklə bağlı tələblərini göndərib: “ABŞ və NATO-nun 42 gün sonra gələn cavabına qarşılıq Rusiya yenidən öz mövqeyini ortaya qoydu. Qərbin irəli sürdüyü təkliflərlə razılaşmadığını ifadə etdi. Fevralın 18-i, 19-u və 20-də keçirilən Münhen Təhlükəsizlik Konfransına da Rusiyadan nümayəndə getmədi. Hazırda çox ciddi diplomatik və hərbi böhran yaşanmaqdadır. Rusiyanın bu məsələdə mövqeyinin birinci şərti ondan ibarətdir ki, istənilən dövlət istənilən hərbi bloku seçməkdə müstəqildir. İkinci şərt - bir dövlətin təhlükəsizliyi başqa bir dövlətin təhlükəsizliyi hesabına əldə edilməməlidir. Rusiya da bildirir ki, ATƏT-in 1999-cu il İstanbul və 2010-cu il Astana bəyannamələrində bu məsələlər öz əksini tapıb. Moskvanın mövqeyinə görə, ABŞ və NATO ölkələri birinci prinsipi qəbul edirlər, lakin ikinci haqqında danışmır, göz yumurlar. Rusiyanın əsas tələbi odur ki, təhlükəsizliyin bölünməzliyi prinsipi qəbul edilsin. Bunu da ABŞ və NATO qəbul etmir. Həmçinin, Moskva da tələb edir ki, birinci, NATO Şərqə doğru genişlənməməli, ikinci, bu kontekstdə Ukrayna NATO-ya üzv olmamalı, üçüncü, Ukraynaya dağıdıcı strateji hücum silahları yerləşdirilməməli, sonda isə NATO 1997-ci ilin hərbi infrastraktur vəziyyətinə qayıtmalıdır”.
E.Nəsirov vurğulayıb ki, Rusiya bu dərəcədə dəqiqliklə mövqeyini ifadə edib: “Qərb və ABŞ isə bununla razılaşmır, NATO bu prinsipləri qəbul etmir. Onların da mövqeyi budur ki, əgər məsələyə belə yanaşılarsa, onda Rusiya da 2008-ci ildə Cənubi Osetiya və Abxaziyanı, 2014-cü ildə Krımı və Donbası nəzarətə götürüb. Belə olan halda Rusiya da bu ərazilərdən çıxsın. Göründüyü kimi, tərəflərdən heç biri kompromisə getmir. Lakin bütün hallarda çıxış yolu danışıqlardan keçir. Hesab edirəm ki, burada nüfuzlu üçüncü bir tərəf bu danışıqları təşkil etməlidir. Bu baxımdan Türkiyənin cəhdləri müsbət qiymətləndirilir və Türkiyə Prezidenti cənab Ərdoğan həm Rusiya Prezidenti Vladimir Putinlə, həm də Ukrayna Prezidenti Zelenski ilə telefon danışıqları aparıb. Yaxın günlərdə Türkiyənin yenidən bu cür danışıqlar aparacağı gözlənilir ki, bu problemin həllinə nail olunsun”.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO









.jpg)











.webp)













.jpg)


