Nida.az
Bu, Azərbaycan və Rusiya arasında yeni səhifə açacaq - RƏY
“Azərbaycan və Rusiya arasında Müttəfiqlik Bəyannaməsinin imzalanması iki ölkə arasında iqtisadi münasibətlərin dinamik inkişafında yeni mərhələ açmaqla gələcək qətiyyətli iqtisadi hədəfləri reallaşdırmağa imkan verəcək. Sənədin 15 bəndi birbaşa iqtisadi məzmun daşıyır və ölkələr arasında iqtisadi-ticari münasibətlərin artırılması, qarşılıqlı layihələrin icrası, investisiyaların yatırılması və genişspektirli regional layihələrin həyata keçirilməsi, bank, maliyyə, sığorta, logistika, nəqliyyat, infrastruktur və digər sahələrdə yeni fürsətlərin gerçəkləşməsinə fundamental zəmin yaradcaq”.
Bu barədə Publika.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən fevralın 22-də Moskvada imzalanmış “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməni şərh edərkən bildirib.
src="/storage/files/upload/4131733bed089e344987efda211da1af31a13679.jpg" style="width: 426px; height: 285.42px;" class="fr-fic fr-dib fr-fil">
Millət vəkili qeyd edib ki, Müttəfiqlik Bəyannaməsi Azərbaycan və Rusiya arasında ən yaxın dostluğun və səmimi münasibətlərin nümunəsidir. Sənəd hər iki ölkənin qarşılıqlı dövlət maraqlarını tam şəkildə ifadə edir və tərəflərin bərabərhüquqlu siyasi mövqeyinə uyğundur. “Sənəddə də bəyan edildiyi kimi, Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. Bu, bir daha iki ölkə arasında son illərdə daha da artaraq inkişaf edən dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmləndiyini, yeni mərhələyə qədəm qoyduğunu ifadə edir. Bəyannamə qarşılıqlı iqtisadi əməkdaşlığın potensialını artırmaq üçün yeni hüquqi istinadları qüvvətləndirir”.
A.Hüseynovun sözlərinə görə, Rusiya Azərbaycanın ən yaxın iqtisadi tərəfdaşıdır, respublikamızın ticarət dövriyyəsində 3-cü yerdə dayanır. İki ölkə arasında 2021-ci ilə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 3 milyard dollar təşkil edib. Rusiya Azərbaycanın qeyri-neft ixracında birinci yerdə dayanır. Xüsusilə də kənd təsərüfatı məhsullarının ixracı bazarında bu ölkə lider mövqeyə malikdir. Eyni zamanda, Azərbaycandan Rusiyaya sənaye məhsulları göndərilir, qeyri-neft ixracatında 15% payı olan plastmas və kauçuk məhsullarının da 50%-i Rusiya bazarına gedir. Bununla yanaşı, hər iki tərəfin daha geniş potensialları, ixrac imkanları mövcuddur. Azərbaycan aqrar və aqrara-sənaye məhsulları hesabına Rusiya bazarında ixracı xeyli genişləndirə bilər. Bu baxımdan Bəyannamədə iqtisadi mahiyyət daşıyan bəndlər mühüm perspektivlər vəd edir ki, ixracın coğrafiyası şaxələnsin”.
Deputat bildirib ki, Rusiya indiyədək ölkəmizin iqtisadiyyatına 6,3 milyard dolları, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1,2 milyard ABŞ dolları investisiya qoyub. Rusiyanın ölkəmizə investisiya qoyuluşunun 5 milyard dolları neft, 1,3 milyard dolları isə qeyri-neft sektoruna yönəldilib. Azərbaycanın qonşu ölkəyə investisiya qoyuluşu isə demək olar ki, tamamilə qeyri-neft sektorunun payına düşüb. “Bu, onu göstərir ki, qarşılıqlı sərmayə imkanları da çox genişdir. Bu baxımdan Bəyannamənin 23, 24, 25, 26, 27 və 28-ci bəndlərində davamlı inkişafa və hər iki dövlətin iqtisadi potensialından səmərəli istifadəyə böyük əhəmiyyət verilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, iki ölkə arasında iqtisadi qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, əmtəə və xidmətlərin sərbəst hərəkəti üçün əlverişli şəraitin yaradılması, azad manesəzi ticarətin qurulması, regional iqtisadi əməkdaşlığın artırılmasını, istehsal və elmi əməkdaşlığın, təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin təmin edilməsini nəzərdə tutur. Məlumdur ki, Rusiya şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirakda marağı böyükdür və Bəyannamə onlar üçün yeni imkanlar yaradacaq. Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, həmçinin işğaldan azad edilmiş torpaqlarımızın böyük iqtisadi potensialı regional əməkdaşlığın genişləndirilməsinə yeni imkanlar yaradacaq, Rusiya şirkətləri, həmçinin işğaldan azad edilmiş ərazilərdə sərmayə proqramlarına cəlb olunacaq”.
A.Hüseynov Rusiya ilə Azərbaycan arasında nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi, enerji əməkdaşlığının stimullaşdırılması sahəsində perspektivlərə də toxunub. Bildirib ki, Bəyannamənin 19 və 20-ci bəndlərində Rusiya və Azərbaycan arasında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı razılaşdırılmış etimad tədbirlərinin, mehriban qonşuluq və qarşılıqlı anlaşma mühitinin irəli aparılması öz əksini tapıb. “Bu, Xəzər regionunda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması və möhkəmləndirilməsi, bütün Xəzəryanı dövlətlərin maraqlarına hörmət edilməsi üçün etibarlı hüquqi əsas hesab edilə bilər və Xəzər regionunda əməkdaşlığın inkişafında yeni mərhələnin başlanması deməkdir”.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı