Nida.az
ABŞ Pakistanı yanında saxlaya biləcək? - Detallar
“Pakistanın müstəqilliyini elan etməsindən artıq 75 il ötür. Maraqlı məqam ondan ibarətdir ki, bu müddət ərzində Pakistanda bir nəfər belə baş nazir öz 5 illik vəzifə müddətini başa vura bilməyib. Ya çevrilişlə devriliblər, yada istefaya göndəriliblər. Bu mənada İmran Xan da istisna olmadı. Düzdür, İmran Xanı xarici siyasət baxımından həm uğurlu, həm də maraqlı siyasətçi kimi dəyərləndirə bilərik. Lakin koronavirus pandemiyası və dünyada baş verən digər proseslər fonunda onun iqtisadi problemləri həll etdiyini söyləmək çətindir”.
Bunu Publika.az-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib.
Onun sözlərinə görə, məhz bu məqamda yeni dəyişikliyin formalaşması üçün münbit zəmin hazırlanmış oldu: “27 martda Amerikanın Cənubi və Mərkəzi Asiya ölkələri üzrə xarici işlər nazirinin köməkçisinin Pakistan səfirliyinə göndərdiyi məktubda Pakistanın daxilində gedən proseslərlə əlaqədar ABŞ-ın İmran Xan əleyhinə mövqe ortaya qoyduğunun şahidi olduq. Bu məktubun göndərilməsindən bir gün sonra 161 səs çoxluğu ilə İmran Xana etimadsızlıq qəbul edildi”.
Ekspert vurğulayıb ki, Ukrayna-Rusiya müharibəsi fonunda Pakistan tərəfsiz qaldı: “Belə ki, proseslər başladığı zaman Rusiya səfərini təxirə salmayan, BMT-də Rusiya əleyhinə səsvermədə fərqli mövqe sərgiləyən bir Pakistan gördük. Həmçinin, İngiltərəyə öz sağlamlıq problemləri ilə əlaqədar getmiş, bundan əvvəl devrilmiş baş nazir Nəvaz Şərifin qardaşı Şahbaz Şərifin baş nazir elan edilməsi məsələsi meydana gəldi. Əlbəttə ki, bu kimi maraqlı məqamlar diqqətdən qaçmır. Keçə ilin yay aylarından başlayaraq Əfqanıstanda çox ciddi proseslər gedir və hazırda Pakistan-Əfqanıstan münaqişəsinin haradasa yaşanmasının şahidi oluruq. Rusiya ətrafında baş verən proseslər fonunda ABŞ-ın Orta və Mərkəzi Asiyada nüfuzunun artması olduqca vacib məqamdır. Əfqanıstanı müəyyən mənada risk altında qoyan, eyni zamanda Hindistana çox da təsiri olmayan Amerikanın Pakistanda bu cür dəyişikliklərə münbit zəminlər yaratması Pakistanı yanında nə dərəcədə saxlaya biləcək?! Bu, özlüyündə çox maraqlı və eyni zamanda ciddi bir sualdır”.
V.Zifəroğlu əlavə edib ki, Pakistan xalqının mövqeyi göz qabağındadır: “Pakistanlılar Karaçidən Lahora qədər bir çox şəhərlərdə küçələrə çıxaraq İmran Xana öz dəstəyini göstərdi. Bütün bunların fonunda ABŞ-ın Pakistanı yanında saxlamağı mümkün olacaqmı?! Pakistan yeni dünya düzənində kifayət qədər öz yeri və təsir imkanları olan bir ölkədir. Lakin Pakistanda dəyişikliklərin hansı formada olmasından asılı olmayaraq, bu ölkənin Türkiyə və Azərbaycana qarşı münasibətində heç bir dəyişiklik olmayacaq. Bu ölkələr arasındakı yaxınlıq bundan sonra da davam edəcək. Ümumi anlamda isə baş verən proseslər maraqlı məqamları ortaya çıxarmağa davam edəcək”.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı






.jpg)






.jpg)















.jpg)



.jpg)

