Nida.az
Delimitasiya razılaşmasında Kreml və Brüssel “düyünü”: Kim çözəcək?
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın ikinci görüşünün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə olundu. Razılaşmaya görə, tərəflər dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər. Eyni zamanda razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib. Görüşün detalları ilə bağlı hələlik hər hansı bir açıqlama yoxdur.
Bəs bu razılaşma “delimitasiya düyününü” çözəcəkmi? Tərəflər bu məsələdə irəliyə doğru hansı addımları ata biləcək? Görüşlərin Brüsseldə və Moskvada keçirilməsi razılaşmalara necə təsir göstərəcək? Moskva Brüsseldə qəbul olunan qərarları tanıyacaqmı?
Politoloq İlqar Vəlizadə Publika.az-a açıqlamasında bildirib ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın ikinci görüşünün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsinin bundan sonrakı mərhələdə nələri dəyişəcəyi haqqında fikir bildirmək çətindir.
Ekspertin sözlərinə görə, birinci görüşün nəticələrini hələ də bilmirik:
“Düşünürəm ki, bu, müsbət dinamikadır. Fikrimcə, delimitasiya ilə bağlı gec-tez müsbət nəticələr olacaq. Moskvada keçirilən görüşün Brüsseldə, Belçikada baş tutan danışıqların Rusiyada qəbul olunmayacağını, prosesin ümumi gedişinə maneələr yaradacağını da düşünmürəm. Ona görə ki, proses razılaşdırılmış qaydada gedir. Bütün hallarda bu belədir. Brüssel görüşündən sonra Moskva ilə telefon danışıqları olub. Tərəflər öz mövqelərini tutuşdurublar. Burada görünən odur ki, nə İrəvan, nə də Bakı prosesin ləngiməsini, demarkasiya və delimitasiya prosesinin ümumiyyətlə nəticəsiz qalmasını istəyirlər. Bunun üçün konkret əsaslar var. Ermənistanın baş naziri Nikol Paşinyan istəməz ki, bu danışıqlar nəticəsiz qalsın. Anlayır ki, nəticəsiz qalsa, ona irad bildirəcəklər. Deyəcəklər ki, Ermənistan nəticəsiz proseslərdə iştirak edir. Bu cür gözləntilər var. Digər tərəfdən, biz də istəmərik ki, danışıqlar imitasiya xarakteri daşısın. Biz həmişə demişik, indi də söyləyirik ki, bizə nəticə lazımdır”.
İlqar Vəlizadə düşünür ki, həm Azərbaycan, həm də Ermənistan tərəfi nəticə əldə etməyə çalışacaq:
“Tərəflər çalışacaqlar ki, təkbətək görüşlərdə müəyyən resurslar əldə olunsun. Həmin resurslar sonrakı mərhələlərdə nəticələrin əldə olunmasına gətirib çıxaracaq. Vasitəçilərin rolu nə qədər önəmli olsa da, onlar vəziyyəti diktə edə bilməzlər. Bunu tərəflər də çox yaxşı başa düşürlər. Bütün hallarda bu cür yanaşma tərəflər üçün daha faydalı olar. Fikrimcə, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələsinin tezliklə həll olunmasında Moskvadan daha çox Brüssel maraqlıdır. Amma məsələnin həllində təkcə Brüssel yox, Bakı da, müəyyən mənalarda İrəvan da maraqlıdır. Belə olan halda Kreml prosesləri ləngidə bilməz. Moskvanın prosesləri ləngitməsi üçün heç bir əsas yoxdur. Düzdür, buna cəhdlər ola bilər, amma ümumi vəziyyətə nəzər saldıqda görərik ki, delimitasiya faktoru Kreml üçün də prinsipial məsələ deyil. Çünki Moskva maraqlıdır ki, kommunikasiyalar açılsın və dəhlizlər işləsin. Hazırda Ermənistanla Azərbaycan arasındakı sərhəd gərginlikləri əslində Rusiyanın da maraqlarına uyğun deyil. Biz bilirik ki, Ermənistan Türkiyə ilə danışıqlar aparır. Əgər bu məsələdə proseslər dalana dirənərsə, o zaman Ankara-İrəvan danışıqları da nəticəsiz qala bilər. Ermənistan Türkiyə ilə münasibətlərin, danışıqların ortalıqda qalmasını istəmirsə, o zaman delimitasiya prosesində konkret addımlar atmalıdır. Çünki Türkiyənin də bu məsələdə təsir imkanları mövcuddur”.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO