Nida.az
Pensilvaniya ştatında Xocalı faciəsi ilə bağlı xüsusi qətnamə qəbul edildi
Pensilvaniya ştatının Nümayəndələr Palatası Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar xüsusi qətnamə qəbul edib. Bununla bağlı ştatın paytaxtı Harrisburqda Azərbaycandan gəlmiş nümayəndə heyəti ilə görüş olub.
Publika.az AzərTAc-a istinadən xəbər verir ki, CBC telekanalı xəbər verir ki, görüş zamanı təmsilçilər palatasının spikeri Mayk Turzay qətnamənin Xocalı faciəsi qurbanlarının xatirəsinin yad edildiyi bir vaxtda qəbul edilməsini əlamətdar hadisə kimi dəyərləndirib.
Daha sonra parlament binasında “Xocalı faciəsini xatırlayırıq” adlı tədbir keçirilib. İştirakçılar faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asim Mollazadə belə bir qətnamə qəbul etdiklərinə görə Pensilvaniya ştatının Nümayəndələr Palatasının üzvlərinə təşəkkürünü bildirib.
Qətnamənin təşəbbüskarlarından olan Harri Ridşou çıxış edərək Xocalı faciəsinin insanlığa qarşı böyük cinayət olduğunu deyib. O bildirib ki, Xocalı qurbanlarının xatirəsi sağlam düşüncəli insanlar tərəfindən hər zaman anılacaq.
Palatanın digər üzvləri çıxış edərək insanlıq əleyhinə yönəlmiş bu cür cinayətlərin təkrarlanmaması üçün cinayətkarların cəzalandırılmasının vacib olduğunu vurğulayıblar.
-
İdman08:12PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq











.jpg)















.jpg)










