Qlobal müharibənin AYAQ SƏSLƏRİ, Putinin adamından DƏHŞƏTLİ SSENARİ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Qlobal müharibənin AYAQ SƏSLƏRİ, Putinin adamından DƏHŞƏTLİ SSENARİ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Ermənistanın yeni prezidenti Armen Sarkisyan aprelin 9-da vəzifəsinin icrasına başlayıb. Suriya Duma şəhərində Bəşər Əsəd rejiminin kimyəvi silah tətbiqi barədə iddialar və ardınca bu ölkəyə raket zərbələri həftənin siyasi gündəminə damğa vurdu. İsrail Suriyanın hökumət güclərinə məxsus aviabazaya raket zərbələri endirib. ABŞ Rusiya barəsində yumşaq siyasətin bitdiyini açıqlayıb. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı Solsberidəki zəhərlənmə hadisəsi ilə bağlı hazırladığı hesabatını açıqlayıb. Ukrayna MDB-dən çıxmaq qərarına gəlib.

Azərbaycan, Dağlıq Qarabağ

Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirildi. MSK aprelin 12-də səsvermənin yekun nəticələri açıqlayıb. MSK-nın sədri Məzahir Pənahov bildirib ki, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,3 faizini toplayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan

Aprelin 9-da Ermənistanın yeni prezidenti Armen Sarkisyan vəzifəsinin icrasına başlayıb. Armen Sarkisyanın inaqurasiyası Demirçiyan adına İrəvan İdman-konsert kompleksində təşkil olunub.

Aprelin 14-də Ermənistan hakim Respublika Partiyası Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb. Qərar partiyasının İdarə Şurası və İcraçı orqanın toplantısında qəbul edilib.

Beləliklə, Respublika Partiyasının parlament fraksiyası aprelin 16-da Serj Sarkiyanın Ermənistanın baş nazir vəzifəsinə namizədliyini rəsmən təqdim edəcək.

Qeyd edək ki, bununla da ölkə tam parlament idarə üsuluna keçib, icra hakimiyyətinə baş nazir rəhbərlik edəcək. Yeni konstitusiyaya görə, ölkənin ali icraçı orqanı baş nazirin rəhbərlik etdiyi hökumətdir. Hökumət dövlət idarəetmə sisteminin ümumi rəhbərliyini, daxili və xarici siyasətini icra edir. Baş nazir müharibə şəraitində silahlı qüvvələrin ali baş komandanı olacaq.

Türkiyə, İran, Yaxın Şərq

Aprelin 14-də ABŞ, İngiltərə və Fransa Suriyaya 103 qanadlı raket atıb. Rusiya Baş qərargahının məlumatına görə, bunlardan 71-i zərərsizləşdirilib. Raket zərbələri aprelin 7-də Suriyanın Duma şəhərində kimyəvi silahın tətbiqinə cavab olub. Bu xəbərləri isə bir sıra qeyri-hökumət təşkilatı, həmçinin “Ağ kaskalar” təşkilatı yaydı. Rusiyanın Müdafiə Nazirliyi bildirirdi ki, sonuncu təşkilat etibarlı informasiya mənbəyi deyil. Rusiya nümayəndələri aprelin 9-da Duma şəhərində müayinə keçiriblər, amma orada kimyəvi silahın tətbiqinin izləri tapmayıblar.

Bu gün isə Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı hadisə yerində işə başlamalı idilər.

ABŞ öz müttəfiqləri ilə birlikdə BMT və beynəlxalq hüququn nizamnaməsini pozub. Bu haqda Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, ABŞ və müttəfiqləri BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan Suriyada hərbi və mülki obyektlərə aviazərbələr endirib.

“Aprelin 14-də ABŞ öz müttəfiqlərinin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sanksiyası olmadan, BMT nizamnaməsi və beynəlxalq hüquq prinsiplərinin pozulması ilə suveren dövlətə qarşı təcavüz aktı həyata keçirib”, - Putin bildirib.

Türkiyənin Xarici İşlər Nazirliyindən ABŞ, Fransa və İngiltərənin Suriyaya raket zərbələri endirməsi ilə əlaqədar şərh verib. Nazirliyin bəyanatında əməliyyatın məmnuniyyətlə qarşılandığı deyilir.

Türkiyənin xarici siyasət idarəsi Suriya rejiminin müharibə cinayəti işlətdiyini və bunun cavabsız qalmamalı olmadığını bildirib.

Aprelin 12-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti olub. Liderlər Suriya böhranını müzakirə ediblər.

Vaşinqton Ankaraya Rusiya istehsalı olan “S-400” zenit-raket kompleksləri (ZRK) əldə etməməyi tövsiyə edir və Türkiyəyə alternativ ZRK-lar təklif etməyə hazırdır. Bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis bildirib.

rayona fərqli, uyğunlaşmayan raketdən müdafiə sistemləri gətirilir. Vaşinqton Ankara ilə danışıqlar aparır və NATO standartlarına uyğun olan sistemlər təklif etməyə hazırdır”, - deyə Mettis Nümayəndələr Palatasında dinləmələr zamanı çıxışında deyib.

Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq üzrə köməkçisi Vladimir Kojin isə S-400 zenit-raket komplekslərini Türkiyəyə 2019-cu ilin sonuna doğru çatdırılacağını bildirib.

Afrində vəziyyətin normallaşdırılmasının ən sadə yolu onun Dəməşqin nəzarəti altına qaytarılmasıdır. Bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Afrina məsələsi aprelin 4-də Ankarada keçirilən Türkiyə-İran-Rusiya üçtərəfli sammitinin gedişatında müzakirə edilib.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan heç vaxt Afrini işğal etmək istədiklərini bildirməyib”, - o bildirib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatına başlayıb. Əməliyyatın 58-ci günündə Afrin şəhəri PKK/YPG terrorçularından təmizlənib.

Türkiyənin Müdafiə naziri Nurəddin Canikli bütün təhdidlərə son qoyulana qədər Afrində qalacaqlarını bildirib. “Terror təhdidi bitəndən sonra Afrini Suriyanın seçilmiş qanuni hökumətinə təhvil verəcəyik”, - o deyib.

“Bu yanaşma çox yanlışdır. Biz Afrini kimə geri verəcəyimizi çox yaxşı bilirik”. Bu sözləri isə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup toplantısındakı çıxışında Rusiya XİN rəhbəri Sergey Lavrovun açıqlamasına cavab olaraq deyib.

“Münbiç əməliyyatının ilk mərhələsi başlayıb”. Bunu Konyada keçirilən bir konfransda təhlükəsizlik üzrə mütəxəssis Mete Yarar bildirib.

Mete Yarar Türkiyənin hazırda ölkə xaricində eyni vaxtda 3 əməliyyatı keçirdiyini vurğulayıb:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Terrorla mübarizə formatını yenidən hazırlayan Türkiyə, həm daxildə, həm də sərhədlərindən kənarda PKK terror təşkilatına ardıcıl zərbələr vurur. “Haber7” saytının baş redaktoru İbrahim Ərdoğana görə, Türkiyə Silahlı Qüvvələri PKK-ya qarşı növbəti əməliyyata hazırlaşır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Aprelin 10-da Rusiya BMT Təhlükəsizlik Şurasında ABŞ-ın Suriyada kimyəvi silahdan istifadə hallarının araşdırılmasının yeni mexanizminə dair qətnaməsini bloklayıb. TŞ-in 12 üzvü sənədi dəstəkləyib, Rusiya (TŞ-in daimi üzvü) və Boliviya əleyhinə səs verib, Çin isə bitərəf qalıb.

“Üçüncü dünya müharibəsi başlanarsa, ilk növbədə Suriya zərbə altında qalacaq”. Bu haqda “Oboz TV”-nin efirində Ukraynanın Ekstremizm Tədqiqatları İnstitutunun direktor müavini Boqdan Petrenko bildirib. Ekspert həmçinin qeyd edib ki, Türkiyə Suriyada Rusiya və ABŞ arasında ehtimal olunan qarşıdurmaya qarışmayacaq.

Daha əvvəl Rusiyanın tanınmış politoloqu və təbliğatçısı, Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi Sergey Markov III Dünya müharibəsi haqqında ssenarini verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Döyüş meydanında əldə etdiyimiz hər zəfərdən sonra bəzi Qərb dövlətlərinin səsi yüksəlir və onlar hadisələrin gedişini dəyişdirmək üçün müəyyən cəhdlər edirlər. Bu sözləri Suriya lideri Bəşər Əsəd deyib.

“Bu cəhdlər və ya hər hansı bir müdaxilə beynəlxalq sülh və təhlükəsizliyi təhdid etməkdən, sabitliyi pozmaqdan başqa bir işə yaramayacaq”, - Əsəd bildirib.

Müharibə istəmirik, amma buna hazırıq. Bu sözləri Suriya lideri Bəşər Əsədin müşaviri Buseyna Şaban ABŞ-ın Suriyaya gözlənilən hücumu ilə bağlı danışarkən deyib.

“Müharibənin qaydaları Dəməşqin lehinə dəyişdi. Hazırda biz əvvəlki illərə nisbətən daha yaxşı formadayıq. Son günlər baş verənlər psixoloji müharibədir. Qərb uğursuzluqlarını ört-basdır etmək üçün güc nümayiş etdirmək istəyir”, - Şaban bildirib.

Suriyanın Xüms şəhərində hökumət güclərinə aid T-4 hərbi hava bazası aprelin 9-da raket hücumuna məruz qalıb. Bu haqda Suriyanın dövlət agentliyi olan SANA məlumat yayıb.

Rusiyanın Müdafiə Nazirliyi Suriyanın aerodromuna aviazərbələri İsrailin Hərbi Hava Qüvvələrinin endirdiyini açıqlayıb. “İsrailin Hərbi Hava Qüvvələrinin iki F-15 təyyarəsi Suriyanın hava məkanına girmədən Livan ərazisindən səkkiz idarə olunan raketlə zərbəni endirib", - idarədən bildiriblər.

Rusiya hərbçilərinin məlumatına görə, 3 raket aerodromun qərb hissəsinə düşüb, daha 5-i isə Suriyanın Hava Hücumundan Müdafiə gücləri tərəfindən zərərsizləşdirilib. Hücum vaxtı Rusiya məsləhətçilərinin zərər çəkmədiyi bildirilir.

İran bizi təhdid etsə, bunun qarşılığını Suriya hökuməti ödəyəcək. Bunu “Maariv” qəzetinə müahibəsində İsrail Müdafiə naziri Aviqdor Liberman deyib. Onun sözlərinə görə, İsrailə ediləcək istənilən hücumun qarşılığında Suriya hökuməti xəritədən silinəcək və Bəşər Əsəd ortadan qaldırılacaq:

“İranı belə bir şeylərə yol verməməsi üçün xəbərdar edirik. Ona görə ki, İsrail bu yolu sonuna qədər gedəcək”.

Liberman İranın Suriyada hərbi mövcudluğunu artırmasını İsrail üçün “edam kəndiri” adlandırıb.

İsrail Suriyanın hökumət güclərinə aid təyyarə bazasına raket hücumuna görə cavab verməli olacaq. Bu haqda İranın ali dini lideri Əli Xameneinin beynəlxalq məsələlər üzrə məsləhətçisi Əli Əkbər Vilayəti bildirib.

İran nüvə razılaşmasından çıxan ilk ölkə olmayacaq. Bunu İran Prezidenti Həsən Ruhani deyib.

“Biz razılaşmanı pozan ilk ölkə olmayacağıq, ancaq əgər onlar razılaşmanı pozsalar, peşman olacaqlar. Düşündüklərindən daha hazırlıqlıyıq və bunu razılaşmanı pozandan sonra bir həftə ərzində görəcəklər”, – deyə o bildirib.

Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri

Rusiya nüvə silahlarını modernləşdirir, buna görə də NATO nüvə müqavimətini gücləndirməlidir. Bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“Soyuq müharibənin bitməsindən sonra nüvə müqavimətinin az əhəmiyyətli olacağını düşünürdük, ancaq əslində daha vacib məsələyə çevrildi. Rusiya kimi köhnə nüvə gücləri nüvə imkanlarını modernləşdirir və bununla bağlı olaraq NATO-nun etibarlı və güclü müqavimətini qoruyub saxlaması lazımdır. Əlbəttə ki, nüvə qüvvələri bütün müttəfiqlər üçün etibarlı müqavimətin tərkib hissəsidir”, - Stoltenberq bildirib.

ABŞ Konqresində Rusiyanın dövlət bankları və dövlət borcuna qarşı sanksiyalar paketi hazırlanır. Qanun layihəsi Rusiyanın dövlət borcu ilə istənilən əməliyyatları Amerikanın fiziki və hüquqi şəxsləri üçün tam qadağan edilməsini nəzərdə tutur. Yeni sanksiyalar üzrə qanun layihəsinin müəllifləri onu Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovnik Sergey Skripalın zəhərlənməsinə cavab adlandırıblar.

Sanksiyalara Rusiya Mərkəzi Bankı, Milli Rifah Fondunun buraxdığı qiymətli kağızlarla bağlanan müqavilələr də düşə bilər.

Vaşinqton həmçinin Rusiyanın “Sberbank”, VTB, “Qazprombank”, “Bank Moskva”, “Rosselxozbank”, “Promsvyazbank” və “Vneşekonombank” kimi banklarını da sanksiyaları məruz qoymağı planlaşdırır.

“Rusiya barəsində ABŞ-ın yumşaq siyasətinin vaxtı keçdi”. Bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru, dövlət katibi postuna namizəd Mayk Pompeo bildirib.

“Rusiya təcavüzkar hərəkət etməyə davam edir. Uzun illər onun barəsində aparılan yumşaq siyasət buna imkan yaradıb. Yumşaq siyasət indi başa çatıb”, - o deyib.

MKİ-nin direktoru Rusiya diplomatlarının deportasiyası, Rusiyaya qarşı sanksiyaları, Amerika ordusu və nüvə güclərinin möhkəmləndirilməsi, Rusiyanın ekspansiyasına qarşı müqavimət göstərən Ukrayna və Gürcüstanda “cəsarətli cavan insanların silahlandırılması”nı Rusiya barəsində atılan addımlar olduğunu deyib.

“Bu siyahı daha uzundur və mən əminəm ki, məndə ora əlavələrin daxil edilməsi imkanı olacaq. Rusiya barəsində bizim diplomatik səylərimiz mürəkkəb olacaq”, - Pompeo söyləyib.

Keçmiş casus Sergey Skripal və qızı Yuliya Skripal “Noviçok” maddəsi ilə zəhərlənib. Bu barədə Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının Solsberidə baş verən hadisə ilə bağlı hazırladığı hesabatda deyilib.

Bununla da KSQT hadisə ilə bağlı Böyük Britaniyanın iddialarını təsdiqləyib. Ekspertlər hadisənin baş verdiyi ərazidən zəhərləyici hissəciklər aşkarlayıblar.

“Sergey Skripal, Boris Berezovski və Aleksandr Litvinenko işləri bir ssenari üzrə açılır”. Bu haqda Rusiyanın baş prokurorunun müavini Saak Karapetyan bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın dövlət katibi postuna namizədi Maykl Pompeo qalmaqallı açıqlaması ilə gündəmə gəlib. Senat qarşısında dindirilən M.Pompeo namizədliyi təsdiqlənərsə, ilk növbədə Rusiya ilə ABŞ arasındakı məsələləri həll edəcəyini deyib: "Türkiyənin Afrinə daxil olması üçlü zirvənin işini daha da çətinləşdirib. Suriyanı paylaşmaq üçün dəfələrlə bir araya gələn Rusiya, İran və Türkiyə yekun qərar qəbul edə bilmir. Biz Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirməliyik".

Komitə qarşısında çıxış edən M.Pompeo qeyd edib ki, Rusiyanın yeritdiyi ikili siyasəti onların özlərinə qarşı yeritmək lazımdır.

Rusiya Dövlət Dumasına ABŞ-a və başqa dövlətlərə qarşı cavab sanksiyaları haqqında qanun layihəsi daxil olub. Bu haqda Dövlət Dumasının spikeri Vyaçeslav Volodin jurnalistlərə bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna

Kiyev Rusiya biznesmenlərinə qarşı sanksiyalar tətbiq edəcək. Bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko bildirib. “Bir neçə gün əvvəl Ukrayna Təhlükəsizlik Xidməti, Nazirlər Kabineti, Milli Təhlükəsizlik və Müdafiə Şurasına müvafiq qərar layihəsinin hazırlanması üçün tapşırıq vermişəm. Layihə yaxın vaxtlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasına çıxarılacaq və sanksiyalar tətbiq ediləcək. Onlar ABŞ hökumətinin qərarı ilə maksimal sinxronlaşdırılacaq və sözsüz ki, bu gün Rusiyada proseslərin əsas iştirakçısı olan cənab Deripaska (biznesmen Oleq Deripaska – red.) və başqa oliqarxlar sanksiyalar siyahısına daxil ediləcək”, - Poroşenko deyib.

Qeyd edək ki, ötən həftə ABŞ 24 Rusiya biznesmeni və məmuru, həmçinin 15 şirkəti sanksiyalar siyahısına daxil edib.

Ukrayna yaxın günlərdə Müstəqil Dövlətlər Birliyindən (MDB) birdəfəlik uzaqlaşacaq. Bunu Ukrayna prezidenti Pyotr Poroşenko Kiyev Təhlükəsizik Forumunda çıxışı zamanı deyib. O bildirib ki, nə əvvəl, nə də indi MDB-nin üzvü olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Rusiya ilhaq edilmiş Krımı hərbi bazaya çevirmək üçün yarımadaya hərbi texnika cəmləyir”. Bu haqda Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov ХІ təhlükəsizlik üzrə forumda bildirib.

Onun sözlərinə görə, Rusiya yalnız yarımadada mövcudluğunu qorumağa hazırlaşmır.

“Yarımadada S-400 zenit-raket kompleksinin güclü raket sistemləri yerləşdirilib. Onlar ölkəmizin istənilən nöqtəsində təyyarələri vura bilər. Bu onu göstərir ki, Rusiya yalnız müdafiə olunmaq üçün Krımda güclü hərbi potensialı hazırlamır”, - o deyib.

Onun məlumatlarına görə, Krımda 30 minə qədər Rusiya hərbçisi cəmlənib: “Krımda çox güclü hərbi potensial cəmləşdirilib. 22-ci ordu korpusu Qara dəniz donanması və Rusiyanın hava güclərinin bölmələrində 30 mindən çox hərbçi var”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm