Nida Təhlil
Paşinyandan Qarabağla bağlı ŞOK BƏYANAT: "Bu, mənim əmrimdir”
Ermənistan baş naziri Nikol Paşinyan əhalini Qarabağda
istənilən ssenariyə hazır olmağa çağırıb.
Publika.az xəbər verir ki, Paşinyan bu çağırışı cəbhədəki
vəziyyəti şərh edərkən səsləndirib.
O, erməni hərbi birləşmələrinin hadisələrin istənilən ssenarisinə
hazır olmasının vacibliyinə diqqət çəkib.
“Siz bilirsiniz ki, hərbi təlimlər olacaq. Onların (Azərbaycan)
bəyanatına əsasən bu təlimlər genişmiqyaslı formada həyata
keçiriləcək. Hesab edirəm ki, bizim ordumuz istənilən ssenariyə
hazır olmalıdır. Bu, mənim əmrimdir”, - deyə o bildirib.
Azərbaycan Ordusunun uğurlu əməliyyatları, bununla yanaşı, 2-6 iyul
tarixində keçiriləcək 20 000 şəxsi heyət, 120 zirehli texnika, 200
raket-aetilleriya sistemi və 30 döyüş təyyarəsinin iştirak edəcəyi
hərbi təlimlər Ermənistanda ciddi qorxuya səbəb olub. Paşinyanın
açıqlaması da bunu bir daha sübuta yetirir.
Erməni şərhçi Sarqis Artsruni Paşinyanın bəyanatını şərh edərkən
bildirib ki, Ermənistan müharibə istəmir, lakin buna həm də
hazırlaşır.
“Əlbəttə, Ermənistan maksimum çalışmalıdır ki, 2016-ı ilin “aprel
müharibəsi”ndəki nümunə təkrarlanmasın. “Aprel müharibəsi”
Ermənistan ordusunun hərtərəfli müflisliyini, döyüş bacarığının
olmamasını, həmçinin, xarici siyasətdəki zəiflikləri ortaya
çıxardı”, - deyə o bildirib.
Asif
-
Hadisə02:42Xəzər dənizində zəlzələ baş verdi
-
ABŞ02:12Tramp süni intellekt şirkətləri rəhbərləri ilə görüşür
-
Qoroskop00:15Günün ULDUZ FALI
-
Magazin100:00"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
Ekologiya29 Sentyabr 23:36Naxçıvana ilk qar yağdı - VİDEO
-
Magazin229 Sentyabr 23:24Yaraşıqlı kişilərdə görün nələr çatışmır - Təşkilatçılar qadınlardan yardım istədilər
-
Nəqliyyat29 Sentyabr 22:48"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
İdman29 Sentyabr 21:48"Barselona", "Real Madrid" və PSJ onun uğrunda mübarizə aparacaq

































.jpg)