Nida Təhlil
Putinin adamlarının Lələtəpəyə ilk səfərinin SİRRİ: Kreml yeni Qarabağ planı hazırlayır
Kreml Ermənistandan əraziləri Azərbaycana qaytarmağı
tələb edir.
Publika.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi
Razmik Akopdjanyan Rusiya nümayəndə heyətinin 2016-cı ilin “aprel
müharibəsi”i zamanı işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə və
Lələtəpə yüksəkliyinə baş çəkməsini şərh edərkən deyib.
Xatırladaq ki, iyulun 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı
kəndində “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan
Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfrans
keçirilib.
Konfransın iştirakçıları - Rusiya Dövlət Dumasının Korrupsiya ilə
mübarizə üzrə komitəsinin sədr müavini Dmitriy Savelyev, Dövlət
Dumasının deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının
lideri, Kremlin ideoloqu hesab olunan Aleksadr Duqin, məşhur
jurnalist, ictimai xadim Maksim Şevçenko, Ekspertlər Klubunun üzvü
Valeriy Korovin, Milli müdafiə jurnalının redaktoru, hərbi ekspert
İqor Korotçenko, Beynəlxalq Avrasiya Hərəkatının Yaxın Şərq
departamentinin direktoru Andrey Xarçenko, İrs İnstitutunun
direktoru Yevgeniy Baxrevskiy, ekspert Dmitriy Kruqlıy, Moskva
Beynəlxalq Universitetinin kafedra müdiri Sergey Komarov, ekspert
Darya Durqin, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini Sergey
Loqinov, Azərbaycan-Rusiya parlamentlərarası İşçi qrupunun rəhbəri,
deputat Əli Hüseynli, Azərbaycandakı Rusiya icmasının rəhbəri,
deputat Mixail Zabelin, deputat Elman Məmmədov, deputat Fazil
Mustafa Lələtəpədə Azərbaycan əsgərləri ilə görüşüblər.
Bu konfrans və görüşlə Rusiyanın Dağlıq Qarabağ münaqişəsində
Azərbaycana açıq dəstək göstərməsi Ermənistanda narahatlıq
yaradıb.
Razmik Akopdjanyan yazır ki, Kremldə Ermənistan üçün yeni plan
hazırlayırlar: “İndi Kreml hətta bu planlarını gizlətmir. “Aprel
müharibəsi” zamanı azad edilmiş ərazilərə Putin nümayəndə heyəti
göndərdi və bəyan etdi: “Azərbaycan Qafqazda Rusiyanın tək
müttəfiqidir”. Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin
edir, Gürcüstan və Ukrayna dostluq edir, GUAM-da təmsil olunur.
Kreml isə bütün bunlara rəğmən, Bakının əlini sıxır və onu
dəstəkləyir. Görünür, Rusiyada Ermənistana böyük dərs verməyə qərar
veriblər”.
Erməni şərhçi işğaldan azad edilmiş ərazilərə ilk dəfə baş çəkən
Rusiya nümayəndə heyətinin açıqlamalarından sitat gətirir.
Dmitri Savelyev deyir: “Dağlıq Qarabağ və ona bitişik yeddi rayon
qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır”.
Aleksandr Duqin isə bəyan edir: “Qarabağda bu görüşü keçirmək
simvolikdir. Bu, Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu
bir daha göstərir. Hüquqi nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın
ərazisidir. Rusiya Qarabağı Azərbaycanın ərazisi hesab edir və bu,
beynəlxalq hüquqa əsaslanıb. Mən Qarabağa ilk dəfədir səfər edirəm.
Bu, həm də Qarabağ münaqişəsinə Rusiya ziyalılarının
yanaşmasıdır”.
Razmik Akopdjanyan qeyd edir ki, Rusiya Ermənistanın yeni
hakimiyyətinə təzyiq edir.
“Kreml bizim hakimiyyətdən vaxtilə Putin və Serj Sarkisyan arasında
razılaşdırılmış ərazilərin qaytarılması ilə bağlı planı həyata
keçirməyi tələb edir. Əks təqdirdə, sabah müharibə başlayacaq...”,
- deyə erməni şərhçi vurğulayıb.
Asif
-
Yaxın Şərq01:35
Qəzzada atəşkəs razılaşması bu tarixdə qüvvəyə minəcək
-
Qoroskop00:55
Günün qoroskopu: bu qərarlar sizə qazanc gətirə bilər
-
Yaxın Şərq00:15
Atəşkəs razılaşması Qəzzada böyük coşqu ilə qarşılandı - VİDEO
-
Nida Xəbər 15 Yanvar 22:56
Ermənistan XİN uydurma açıqlamalar verməklə məşğuldur - Rəsmi Bakı
-
İdman15 Yanvar 22:20
Juninyonun “Flamenqo”ya transferi rəsmiləşdi
-
MDB15 Yanvar 20:45
Moskvadan uçan təyyarədə bomba həyəcanı
-
Magazin115 Yanvar 19:45
Çimnaz Sultanova vəfat etdi
-
İKT15 Yanvar 19:35
"Instagram"da problem yarandı