Nida Təhlil
Ermənistan Azərbaycanın bu şəhərinə HÜCUMA HAZIRLAŞIR - VİDEO
Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından sonra
qorxuya düşən Ermənistan Naxçıvan istiqamətində hücum etməyə
hazırlaşır.
Publika.az xəbər verir ki, erməni ekspertlər cəmiyyəti
yeni müharibəyə hazırlayan açıqlamalar verirlər.
Erməni millətçiliyi ilə seçilən Levon Şirinyan iddia edir ki,
Azərbaycan Ordusu əlverişli məqamda ərazilərin azad olunması üçün
hərəkətə keçəcək.
O təklif edir ki, Ermənistan Naxçıvana hücuma keçməlidir.
“Biz ilk növbədə Naxçıvanı ələ keçirməliyik. Bu, bizim birinci
respublikamızın bölünməz hissəsidir. Əsas məsələ indi bizim bunu
edib-edə bilmədiyimizdir. Yox olmaq istəyirik, yoxsa yaşamaq?! Mən
sülhün psixi xəstəliyini anlamıram. Hazırki hakimiyyət
müvəqqətidir, biz təcili olaraq növbədənkənar seçki keçirməli və
yeni hakimiyyətlə hücuma keçməliyik. Azərbaycanın qarşısını almaq
üçün biz öncədən hücum etməliyik”, - deyə Şirinyan vurğulayıb.
Erməni şərhçi Sarqis Artsruni isə yazır ki, Naxçıvan cəbhəsində
müharibə Ermənistanın məğlubiyyəti ilə başa çatacaq: “Çünki
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bizə kömək etməyəcək,
Azərbaycan bunu əla anlayır”.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Naxçıvan istiqamətində
hücuma keçdiklərini və Azərbaycanın Ordusuna məxsus postu
yandırdıqlarını iddia edib. Hərçənd, erməni hərbi birləşmələrinin
atdıqları yandırıcı güllələrin erməni əhalisinə məxsus taxıl
zəmilərini yandırdığı ortaya çıxıb.
Asif
-
Hadisə02:42Xəzər dənizində zəlzələ baş verdi
-
ABŞ02:12Tramp süni intellekt şirkətləri rəhbərləri ilə görüşür
-
Qoroskop00:15Günün ULDUZ FALI
-
Magazin100:00"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
Ekologiya29 Sentyabr 23:36Naxçıvana ilk qar yağdı - VİDEO
-
Magazin229 Sentyabr 23:24Yaraşıqlı kişilərdə görün nələr çatışmır - Təşkilatçılar qadınlardan yardım istədilər
-
Nəqliyyat29 Sentyabr 22:48"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
İdman29 Sentyabr 21:48"Barselona", "Real Madrid" və PSJ onun uğrunda mübarizə aparacaq

































.jpg)