Nida Təhlil
Yerevan sammitinin iflası: “Bu təşkilat ölüdür”
Digər dövlətin 20 faiz ərazisini otuz ilə yaxın işğal
altında saxlayan, Xocalı qətliamını törədən Ermənistanda dünyada
sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq
edilməsi missiyasını üzərinə götürən Beynəlxalq Frankofoniya
Təşkilatının (BFT) sammitinin keçirilməsi qərarının özü bir
cəfəngiyyatdır. Ermənistan kimi dövlətin ərazisində bu cür tədbirin
keçirilməsi təşkilatın təbliğ etdiyi dəyərlərlə və prinsiplərlə
ciddi ziddiyyət təşkil edir.
Bütün dünya sammit zamanı humanizm, sülh, insan hüquq və
azadlıqları kimi ümumbəşəri dəyərlərin müdafiəsi yollarının
axtarışı əvəzinə Fransa Prezidenti Emanuel Makron ilə təşkilatın
Baş Katibi Mişel Jan qarşıdurmasının şahidi oldu. Qarşıdurma
bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələ üstündə deyil,
sırf hakimiyyət hərisliyi və bölgüsü idi. Bu yalnız əslən Kanadadan
olan Mişel Jan Makron qarşıdurması olmayaraq, eyni zamanda Makron
və Kanada baş naziri Justin Tridönün ambisiyalarının
toqquşmasıdır.
Müstəmləkə tarixi olan Fransa geosiyasi maraqlarının ifadəsi olan
Frankofoniya təşkilatına nəzarətində olmayan və tam idarə edə
bilmədiyi bir şəxsin rəhbərlik etməsini qəbul edə bilməzdi.
Sənaye dövləti olan Kanada da Frankofoniya vasitəsilə xüsusən
Afrika ölkələrində nüfuzunu artırmaq və qitənin təbii sərvətlərinə
daha geniş çıxış imkanları əldə etmək kimi məqsədlər güdür.
Diplomatiya tarixində görünməyən hadisə: Təşkilatın baş katibi
zirvə toplantısının keçirildiyi gün bu təşkilatın ölü halda olduğu
barəsində rəsmi twitter hesabından açıqlama etdi.
E. Makron ilə təşkilatın Baş Katibi M. Janın çıxışları arasında
konseptual fərqlər var idi.
Təşkilatın Baş Katibi M. Jan yenidən bu posta seçkilərdə Fransa
tərəfinin dəstəyinin ala bilmədiyinə görə İrəvandakı Sammitin
açılışı zamanı çıxışında təşkilat barədə tənqidi açıqlamar verdi:
“Biz qəbul etməyə hazırıq ki, beynəlxalq təşkilatlar şəxsi
məqsədlərə xidmət edir. Biz qəbul etməyə hazırıq ki, realpolitika,
dövlətlər arasında xırda anlaşmalar və ya şəxsi maraqlar naminə
“demokratiya”, hüquqlar” və “azadlıqlar” kimi anlayışlar yalnız
mənası çıxarılmış sadə sözlər səviyyəsinə endirilsin. Biz hazırıq
ki, qısamüddətli eqoizm, beynəlxalq əməkdaşlığa yalnız mənfəət
nəzər nöqtəsindən yanaşma, quldur sərmayə və ya korrupsiya
həmrəylik, həqiqi qarşılıqlı tərəfdaşlıq tələblərini üstələsin?
Özümüzə deməliyik ki, hərəkətsizlik, gecikmə və kompromis regresin
bir növüdür, çünki dəyərləri və prinsipləri aldadan (xəyanət edən)
təşkilat artıq ölümcül haldadır”.
Təşkilatın indiki baş katibini nüfuzdan salmaq üçün dezinformasiya
və propaqanda üzrə ixtisaslaşmış fransız mediası baş katibi
təşkilatın vəsaitlərini şəxsi məqsədlər üçün istifadə etməkdə,
500.000 avro xərcləyərək iqamətgahını təmir etdirdiyini, xarici
səfərlərdə çoxlu pullar xərclədiyi barəsində yazdı.
Sammitin Yerevanda keçirilməsi üçün dəridən-qabıqdan çıxan və zalda
oturan Ermənistan rəhbərliyi üçün Frankofoniya Təşkilatı barədə bu
cür sözləri eşitmək o qədər də xoş deyildir. Təşkilata yeni üzv
olan Ermənistan bu təşkilat vasitəsilə öz nüfuzunu artırmaq və
Azərbaycanın Qoşulmama Hərəkatı kimi nüfuzlu bir platformada
üzvlüyünə və qarşıdan gələn sədrliyinə qarşı imkan əldə etməyə
çalışırdı.
Fransa BFT-dən öz maraqları naminə istifadə edir. Belə ki, BFT-nin
aparıcı (bəlkə də ən əsas) qüvvəsi olan Fransa təşkilatın yeni Baş
Katibi vəzifəsinə Ruandanın xarici işlər nazirinin namizədliyini
dəstəkləyir. Bu addım Fransanın Ruandaya jesti kimi
qiymətləndirilir. 1994-cü ildə Ruandada soyqırımı həyata keçirmiş
dəstələrin (Hutu-Tutsi qarşıdurması, 800 000 qurban) rəhbərlərinin
Fransa tərəfindən dəstəklənməsi barədə məlumatlar var idi.
Fransanın keçmiş Prezidenti N. Sarkozi Ruandada səfərdə olarkən
ölkəsinin bu soyqırımıda rolunu üstüörtülü də olsa qəbul etmişdi.
Məhz buna görə illərlə Fransa ilə Ruanda arasındakı əlaqələr
dondurulmuş vəziyyətdə olmuşdu. Ruandada məlum hadisələrdən sonra
2008-ci ildə rəsmi təhsil dili kimi fransız dili yerinə ingilis
dili elan olunmuşdur və Birləşmik Krallıq ilə heç bir xüsusi tarixi
bağlılığı olmayan Ruanda British Commonwealth-in üzvü olmuşdur.
Afrika İttifaqı çərçivəsində Ruandanın xarici işlər nazirinin
namizədliyinə o qədər də xoş baxmasalar da, Fransanın sözündən çıxa
bilmirlər. Belə ki, rəsmi təhsil dilini fransızdan ingilisə
dəyişmiş bir ölkənin xarici işlər nazirinin “fransız dili amili”
üzərində qurulmuş təşkilata necə başçılıq edəcəyi suallar
doğurur.
Publika.az
-
Dünya08:24
Çin Tayvana görə ABŞ-dan belə QİSAS ALDI
-
Magazin207:30
Yeni ildə eşqini elan etdi
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər