Nida Təhlil
Politoloq: "Bu əldə edilmiş nailiyyətlərin məntiqi davamıdır"
Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi siyasi vacib hadisədir və ölkənin Hərəkatın beynəlxalq münasibətlər sistemində rolunun gücləndirilməsində böyük məsuliyyət qoyur.
Bunu Trend-ə türkiyəli politoloq Toğrul İsmayıl deyib.
Onun sözlərinə görə, bu addım Azərbaycanda müstəqillik əldə ediləndən bəri baş vermiş nailiyyətlərin məntiqi davamıdır:
“Son onilliklər ərzində ölkə həm beynəlxalq münasibətlər sistemində böyük uğurlar qazanıb, həm də daxili dövlət siyasətini möhkəmləndirib. Ölkə uğurlu coğrafi mövqeyi və Prezident İlham Əliyevin rəhbərliyi altında hökumətin apardığı düşünülmüş iqtisadi siyasət sayəsində faktiki olaraq vacib nəqliyyat və enerji qovşağına çevrilib. İrimiqyaslı nəqliyyat, enerji və infrastruktur layihələrinin reallaşdırılması ölkənin imkanlarını yeni səviyyəyə yüksəldib və bunun nəticəsində Azərbaycan bu gün aparıcı dövlətlər tərəfindən dünya iqtisadiyyatının ayrılmaz hissəsi kimi qəbul olunur. Onu da qeyd etmək lazımdır ki, bütün bu uğurlar Ermənistan tərəfindən elan olunmamış müharibə və Azərbaycanın tarixi ərazilərinin işğalı fonunda əldə olunub”.
Ekspert bildirib ki, bu nüfuzlu struktura sədrlik Azərbaycana regionda və dünyada müstəqil və güclü dövlət imicini daha da möhkəmləndirməyə, həmçinin Hərəkat üzvü olmayan ölkələrlə əməkdaşlıq spektrini genişləndirməyə imkan verəcək:
“Nüfuzlu beynəlxalq sədr qismində Azərbaycanın qarşısında ciddi hədəflər dayanır. Bu hədəflərin reallaşdırılması üçün bacarıqlı diplomatiya və dövlətlər arasında dialoqun güclənməsinə yönəlmiş maraqların təşviqində fəallıq tələb olunacaq. Əminəm ki, Azərbaycan bu vacib missiyanın öhdəsindən layiqincə gələcək və bu beynəlxalq strukturda səmərəli rəhbərlik nümayiş etdirəcək”.
Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü ötən gün Bakıda öz işinə başlayıb və bu gün davam edir. Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının dünənki görüşündə Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verilib.
Beləliklə, Azərbaycan Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.
Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılıb.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır





































