Nida Təhlil
Siyavuş Novruzovdan SƏRT REAKSİYA: ABŞ çörəyi yeyən Cəmil Həsənli haradadır?
Vaxtilə xaricdə oturub Azərbaycan əleyhinə iş aparanlarla bağlı fikirlərimizi səsləndirəndə səs-küy yaradır, söz azadlığının pozulması məsələsini gündəmə gətirirdilər. Əslində, Azərbaycanda silahlı üsyana çağırış edənlər, terrozimə dəstək verənlər, dövlət və hökumət nümayəndələrinə qarşı sui-qəsd təşkilini dəstəkləyənlər, ona rəvac verənlər, o cür insanları qəhrəman hesab edənlərin bu mövqeyi terrorizmə, dini ekstremizmə birbaşa çağırış idi.
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentdə çıxış edərkən deyib.
O, əlavə edib ki, bu kimi fəaliyyət bütün beynəlxalq normalarda cinayət hesab olunur: “Çox təəssüf ki, Azərbaycan bu məsələləri gündəmə gətirəndə, başladılar ki, söz, mətbuat azadlığı yoxdur, insanların hüquqları pozulur. 20 ildən çoxdur ki, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev hər zaman ərazi bütövlüyünün önəmi ilə bağlı məsələ qaldırıb. Lakin İspaniyada hadisələr baş verənə qədər heç kim ərazi bütövlüyü məsələsinə reaksiya vermirdi. Ondan sonra yadda düşdü ki, ərazi bütövlüyü əsas şərtdir. Biz 3 il bundan qabaq məsələ qaldıranda ki, internetdən anonim şəkildə istifadə öz həllini tapmalıdır, şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməklə istənilən məsələ haqqında fikir və tənqidlərini söyləmək mümkündür, o zaman internetin sıxışdırılması ilə bağlı fikirləri irəli sürməyə başladılar. “Freedoom House”, SOROS və digərləri hanı? Trampa qarşı niyə söz deyə bilmirlər? ABŞ çörəyi yeyən Cəmil Həsənli, Arif Yunus, Sevinc Osmanqızı haradadır? Əgər Azərbaycanda internetlə bağlı hər hansı məhdudiyyət olsa idi, indi səsləri Avropa Şurasından gəlirdi”.
-
Kriminal23:05Bakıda məktəbə hücum: Mühafizəçini xəstəxanalıq etdilər
-
Magazin221:26Sel kabusu: Murat Boz 250 nəfərlə birlikdə kömək gözləyir - Video
-
Magazin120:48Azərbaycanlı müğənni saxlanıldı
-
Sosial19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO













.jpg)


.jpg)

.jpg)

















