Nida Təhlil
Qarabağ klanı tezliklə Paşinyanı hakimiyyətdən kənarlaşdıracaq - Politoloq
“Qarabağ klanı ilə hazırkı rejim arasında qarşıdurma Paşinyanın hakimiyyətə gəldiyi gündən var. Ermənilərin cəbhədəki hərbi əməliyyatlarda verdikləri itkilər bu qarşıdurmanın daha da alovlanmasına və güclənməsinə gətirib çıxaracaq”.
Bu fikirləri Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
O qeyd edib ki, Qarabağ klanı bütün uğursuzluqlarda Paşinyanı və hazırkı hakimiyyəti günahlandırır: “Bu klan Paşinyanı vurmaq üçün çoxdan bəhanə axtarırıdı. İndi bunun üçün çox əlverişli məqam yaranıb. Düşünürəm ki, Qarabağ klanı mübarizə aparırsa, bu, heç də o demək deyil ki, həmin klan yenidən hakimiyyətə gələcək. Çünki Ermənistanda bir sıra yeni qüvvələr meydana çıxıb. Onlar Paşinyana qarşı artıq çox güclü şəkildə çıxış edirlər.
Həmin qüvvələr bir yerə cəmləşiblər və bu məqamlardan, baş verən hadisələrdən məharətlə istifadə edib Paşinyana qarşı hücumları daha da qabarıq şəkildə nümayiş etdirəcəklər. Düşünürəm ki, bu məsələdə Paşinyanın taleyi artıq aydındır. O, hakimiyyətdə uzun müddət qala bilməz. Onun bacarıqsızlığı, səriştəsizliyi, siyasi təcrübəsinin olmaması əlbəttə ki, göz qabağındadır. Şübhə etmirəm ki, bütün qüvvələr birləşib tezliklə Paşinyanı hakimiyyətdən kənarlaşdıracaq”.
Akqabay Mıradov
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO
-
Səhiyyə17:10Daha bir həkim vəfat etdi - FOTO
-
Hadisə16:45Yataqxanada meyiti tapılan tələbə ilə bağlı ATU-dan açıqlama
-
Səhiyyə16:31Azərbaycanda gənc həkimin qəfl ölüm səbəbi bilindi - FOTO
-
Avropa15:54Rusiyanın "kölgə donanması"na qarşı əməliyyat: Gəmiyə desantla basqın edildi
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"
-
İqtisadi gündəm13:48Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR

















.webp)
.png)
.png)


















