Nida Təhlil
Tarixçi alim: Onlara sonuncu şans verilmişdi, lakin bu hadisə göstərdi ki...
“Humanitar atəşkəs rejiminin yenicə elan olunmasından dərhal sonra, demək olar ki, elə həmin dəqiqələrdən Ermənistan dövləti öz təcavüzkar siyasətini dayandırmadı. Ermənilər müxtəlif cəbhə xətlərində hücumunu davam etdirir və Azərbaycanın son günlərdə işğaldan azad etdiyi bir sıra əraziləri və strateji mövqeləri geri qaytarmağa cəhd göstərir. Bu məqsədlə də müharibə gedən bölgədən xeyli uzaqda yerləşən Gəncə gecə saatlarında hədəf alındı”.
Bu fikirləri Publika.az-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova deyib.
O bildirib ki, humanitar atəşkəsin elan olunmasından dərhal sonra erməni ordusunun Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə, mülki əhalinin yaşadığı çoxmənzilli binaya raket zərbəsi ilə həmləsi təkcə atəşkəs rejiminin pozulması deyil, həm də bəşəri cinayətdir: “Çünki ermənilər insanları evlərində gecə yatdıqları vaxtda, uşaqları, qadın və qocaları nəzərə almadan mülki əhalini hədəf aldı. Onlar tərəfindən belə bir cinayətin törədilməsi son 30 il ərzində yeganə təcavüz aktı deyil. Xocalı soyqırımını törətmiş bir düşməndən hər cür amansız, namərd həmlə gözləmək mümkündür. Növbəti dəfə Ermənistan Gəncəyə etdiyi hücumla, gecə saatlarında dinc, silahsız insanların yatdığı bir vaxtda mülki məkanları hədəf alması ilə bəşəri cinayət törətdi. Azərbaycan xalqı bu həmlələrdən ruh sarsıntısı keçirmir. Amma Azərbaycan xalqını təəssüfləndirən bir məqam var ki, o da nəinki son 30 il ərzində, hətta son 100 il ərzində hiyləgər, məkrli düşmən hər dəfə verdiyi vədi pozub. Onlar nəinki şifahi şəkildə dediklərinə, həm də imzaladağı sazişlərə belə əməl etməyiblər”.
F.Əhmədovanın sözlərinə görə, ermənilərin verdikləri vədləri yerinə yetirməməsinin tarixdən dəfələrlə şahidi olmuşuq.
O qeyd edib ki, 1918-ci ildə də ermənilər Qarabağın yuxarı hissəsinə iddia etməmək öhdəliyi götürdülər, ancaq bunu dərhal pozdular: “1919-cu ildə Zəngəzurdan qoşunların çıxarılması ilə bağlı saziş imzaladılar, amma çıxmadılar, darmadağın etdilər və qətliam törətdilər. 1988-ci ildən bugünə qədər də dinc əhaliyə, mülki şəxslərə qarşı törətdikləri təcavüzkar əməllərin sayı-hesabı yoxdur. İşğal olunmuş ərazilərin dərhal boşaldılması ilə bağlı ermənilərə sonuncu şans verilib. Amma Gəncə hadisəsi göstərdi ki, onlar humanitar atəşkəsə riayət etmək fikrində deyil. Ermənilərin bir daha özlərini sülhə meyilli göstərib, danışıqlar yolu ilə məsələnin həll olunmasına tərəfdar çıxıb bu cür terror aktları törətməsi bəlkə də unutqan olan, bu məsələni bilməyən beynəlxalq ictimaiyyətin qoy yenidən gözlərini açsın ki, bu düşmən belə məkrli və namərddir, verdikləri sözə, imzaladıqları sazişə əməl etməyib. Növbəti dəfə onların bəşəriyyəti aldatması baş tutmamalıdır.
Hesab edirəm ki, Azərbaycan tərəfinə təzyiqlər edib sülh danışıqlarının bu məsələnin yeganə çözüm variantı olduğunu bildirməyə çalışan həmsərdlər, ayrı-ayrı dövlət başçılarının ölkəmizdəki səfirləri Gəncədəki real vəziyyəti öz gözləri ilə görüb dövlət başçılarına, təmsil etdikləri qurumlara yerində və rəsmi məlumat versinlər ki, reallıq bundan ibarətdir. Əgər Azərbaycan siyasi hakimiyyətinin dedikləri onlarda etimad doğurmursa, ən azından onların buradakı hərbi attaşelərindən, müvəkkil və səfirlərindən informasiya alsınlar ki, bu cür davam etmək artıq mümkün deyil. Söhbət cəbhədən xeyli uzaqda yerləşən bir bölgədə həm strateji obyektlərə, həm də mülki şəxslərə qarşı bu cür amansız rəftardan gedir. Bu, Azərbaycan xalqının qəzəbini artırır, ruhən isə mütəşəkkilliyinə səbəb olur. Amma bu, onlar üçün son şansdır. Bu şans isə növbəti dəfə təkrarlanmayacaq”.
Akqabay Mıradov
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO